Kliçko prezidentliyə namizədlikdən imtina etdi
Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar
prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə baş verib
Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar
prezident seçkilərinin taleyini həll edəcək mühüm hadisə baş verib
Bu gün
Kiyevdə UDAR (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının 11-ci
qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın lideri Vitali Kliçko
prezident seçkilərində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş
adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb.
V.Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb: “Hazırda elə vəziyyət yaranıb ki, səhv etmək olmaz. Siyasi populizm dövrü
keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların
maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə
namizəd Pyotr Poroşenkodur”.
V.Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi
Avropa tipli paytaxta çevirəcəyini bildirib. Xatırladaq ki, prezident seçkiləri
ilə mer seçkiləri eyni anda keçiriləcək.
Qeyd edək ki, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko da prezidentliyə
namizəd olacağını açıqlayıb. Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr
Poroşenkonun ən yüksək reytinqə malik olduğu ortaya çıxıb. 1965-ci il təvəllüdlü
P.Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli
siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik
Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor
Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf
naziri vəzifəsində çalışıb. P.Poroşenko məşhur “Roshen” qənnadı və “Bogdan”
avtomobil korporasiyalarının sahibidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5468