Səfər Əbiyevə həbs təhlükəsi

30.03.2014 - 09:53

Səfər Əbiyevə həbs təhlükəsi

Keçmiş nazirə yaxın kadrların tutulmasının pərdəarxası
Keçmiş müdafiə naziri Səfər Əbiyevə həbs təhlükəsi yaranıb. Əldə etdiyimiz məlumatlara görə, Müdafiə Nazirliyindəki son həbslər də buna hesablanıb. Xatırladaq ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmilərin Xilasetmə Diviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Ilkin Əsgərov, Hərbi Dəniz Qüvvələrinin 2-ci dərəcəli kapitanı, polkovnik-leytenant Seyfi Hüseynov, Hərbi Dəniz Qüvvələrinin miçmanı, “kod 555” adı ilə tanınan keçmiş hərbçi Elxan Hacıyev həbs edilib. 
Məlumatlara görə, həbs edilənlər Səfər Əbiyevə yaxın kadrlardır. Iddia edilir ki, keçmiş nazirə yaxın şəxslərin həbsi davam etdirələcək. Səfər Əbiyevin kadrların hədəf seçilməsi isə keçmiş nazirin həbsi üçün əsaslar toplamaqdır. Iddia olunur ki, həbs olunan şəxslərdən də məhz Səfər Əbiyevin tutulması üçün əsas olan ifadələr almağa cəhd edilir.
Yada salaq ki, Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra Müdafiə Nazirliyində ona yaxın hesab edilən şəxslərin əhəmiyyətli hissəsi işdən çıxarıldı. Bundan başqa mətbuata nazirlə bağlı müxtəlif komparamatlar “ayaq açdı”. Səfər Əbiyev isə bütün bunlara cavab olaraq “Bunların hansı mərkəzdən idarə olunduğu mənə məlumdur” şəklində bəyanat verdi. Keçmiş nazir bu bəyanatı ilə hakimiyyətdə rəqiblərinin olduğunu və ona qarşı kampaniya apardığını təsdiqləmiş oldu. Görünür, həmin qüvvələr Səfər Əbiyevlə birdəfəlik hesab çəkmək niyyətindədirlər. Və bunun üçün də keçmiş nazirin həbs olunmasına çalışırlar.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5472

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930