Cəlilabadda məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının sənədləri təqdim olunub

20.02.2016 - 12:31

Fevralın 19-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilib.
Tədbirdə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonları üzrə 220 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 4 525 028,1 manat məbləğində 382 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 717 598,11 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 110 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib.
Tədbirdə, həmçinin, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, “Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev Prezident İlham Əliyevin ölkədə sahibkarlığın və aqrar bölmənin inkişafına göstərdiyi qayğıdan söhbət açaraq bu məqsədlə ölkə başçısının imzaladığı Sərəncamların əhəmiyyətini yüksək dəyərləndiriblər.
Qeyd olunub ki, 3 aya yaxındır ki, “Aqrolizinq” ASC xətti ilə yerlərdə məhsul istehsalçılarına “ASAN xidmət” vasitəsilə müxtəlif xidmətlər göstərilir. Artıq məhsul istehsalçıları vaxt itirmədən “ASAN xidmət” vasitəsilə güzəşt tətbiq olunmuş kənd təsərrüfatı texnikalarının hüquqi sənədləri onlara verilir.
Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 4630 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 54 350 449,3 manat məbləğində güzəşt tətbiq edilib.
Diqqətə çatdırılıb ki, ümumilikdə, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 38 rayonunu əhatə etməklə 743 istifadəçiyə lizinqə verilmiş 1477 müxtəlif kənd təsərrüfatı texnikalarına 8 443 929,57 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 471 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilib.
Mərasimdə məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının onların mülkiyyətinə verilməsinə dair hüquqi sənədlər təqdim olunub.
Fermerlər və məhsul istehsalçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=54735

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728