Elman Rüstəmov vəzifədən azad edilə bilər

30.03.2014 - 10:02

Elman Rüstəmov vəzifədən azad edilə bilər

Vyanadakı “rüşvət məhkəməsi” baş bankirin karyerasını təhlükə altına atıb
Hakimiyyətin onu Cahangir Hacıyevlə  dəyişmək planı var
Mərkəzi Bankın sədri Elman Rüstəmovun tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. Iqtidar mətbəxində “Azadlıq”a sızan məlumata görə, məsələnin kökündə Elman Rüstəmovun adı da hallandığı Vyanada keçirilən “rüşvət məhkəməsi” dayanır.
Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir.
Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb. Bir neçə prosesdə Azərbaycanla məsələ xüsusilə diqqətdə olub.  
Qeyd edək ki, Avropanın nüfuzlu nəşrləri mütəmadi olaraq yazılar dərc edir. Azərbaycan hakimiyyəti də prosesi ciddi şəkildə izləyir. Redaksiyamıza sızan məlumatda bildirilir ki, iqtidar “Vyana prosesi”nin gedişatından asılı olaraq  Elman Rüstəmovun tutduğu vəzifədən uzaqlaşdıra bilər. Əgər “rüşvət məhkəməsi” Azərbaycan hakimiyyəti üçün daha dramatik fazaya keçərsə qədəm qoyarsa, baş bankir Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə əvəzlənəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=5474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930