Daha bir seçki qələbəsi Azərbaycanın hakimiyyət strukturunda başlamış çatları ört-basdır edə bilməz»

26.11.2015 - 17:27

«Transitions Online» portalı Varşavanın Şərq Araşdırmaları Mərkəzində Türkiyə, Qafqaz və Orta Asiya departamentinin əməkdaşı Aleksandra Jarosiewicz-in məqaləsini dərc edib. «Son parlament seçkilərinin heç bir ciddi dəyişikliyə aparmayacağını demək üçün baş sındırmaq lazım deyildi. Rejim narazıları həbsə atmış, susdurmuş, müşahidəçilərə qadağalar qoymuşdu, nüfuzlu siyasi müxalifətin də udmaq şansı yox idi. Ancaq dəyişikliyin baş verməməsi bu sistemin sarsıntılara qarşı immunitetinin olması anlamına gəlmir.

Seçkidən az əvvəl Milli Təhlükəsizlik Nazirliyində baş verənlər, azərbaycanlı diplomatlarla bağlı qalmaqal, iqtisadi durumun pisləşməsi sistemin davamlılığı barədə suallar yaradıb», – müəllif yazır. Yazıda parlament seçkilərində hakim YAP-ın qələbə qazandığı, ATƏT müşahidəçilərinin seçki monitorinqindən imtina etdiyi vurğulanır. Digər tərəfdən, ölkədə vətəndaş cəmiyyətinə, jurnalistlərə təzyiqlər Qərblə münasibətləri pisləşdirib: «Bu addımlar hakim elitanın məqsədli şəkildə Qərblə, ATƏT-lə uzunmüddətli münasibətlərə ziyan vurduğunu göstərir. Bu siyasət qorxudan doğur. İki il öncə Kiyevdə «Maydan»da başlanan etirazlardan sonra hakim elita oxşar ssenarinin Bakıda təkrarlanacağından ehtiyatlanır. Onlar Qərbin narazıları qızışdırmasından şübhələnirlər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi onun hökumətini devirmək istəyində açıq şəkildə ittiham edib. Ancaq Milli Təhlükəsizlik və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində baş verənlərdən, bəzi diplomatların işdən çıxarılmasından sonra elita təkcə ictimai narazılıq və xarici planlardan qorxmamalıdır». Yazıda deyilir ki, neft və qaz gəlirləri azaldıqca, iqtisadiyyat da zəifləyir. Hökumət gəlirlərinin 65 faizi neft-qaz hesabınadır, ixracın 90 faizi neft-qaza dayanır.

Fərid Abdullayev

Short URL: http://www.cumhuriyyet.net/?p=54754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728