ABŞ 122 dövlət başçısını dinləyib

30.03.2014 - 11:45

ABŞ 122 dövlət başçısını dinləyib

ABŞ Milli Təhlükəsizlik Agentliyinin 122 dövlət başçısını dinlədiyi barədə yeni bir sənədin ortaya çıxdığı barədə iddialar səslənib

“Axar.az”ın alman mətbuatına istinadən məlumatına görə, Eduard Snoudenin sızdırdığı sənədlərdə 2009-cu ilin mayına kimi 122 dövlət başçısının dinlənilib və onlar barədə məlumatlar toplanıb. Xəbərdə hökumət başçılarının adlarının siyahıda əlifba sırasıyla sıralandığı və ilk sırada Malaziyanın sabiq Baş naziri Abdullah Bədəvinin olduğu vurğulanıb. 

Nümunə üçün 11 nəfərin adının açıqlandığı siyahıda sabiq Somali prezidenti Abdullahi Yusuf, Fələstin prezidenti Mahmud Abbas, Peru prezidenti Alan Qarsia, Belarus prezidenti Aleksandr Lukaşenko, Qvatemalanın sabiq prezidenti Alvaro Kolom, Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe, Malinin sabiq prezidenti Amadou Toumani Toure, Almaniya kansleri Angela Merkel, Suriya prezidenti Bəşər Əsəd və son olaraq Ukrayna sabiq Baş naziri Yuliya Timoşenko qeyd edilib. 

Xüsusi olaraq yayılan məlumatda Almaniya kansleri Merkel haqqında 300-dən çox informasiyanın toplandığı və bu məlumatların “Marina” adlı bankda yer aldığı göstərilir.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031