Gələn il “Azerspace-2” peyki kosmosa buraxılacaq

22.02.2016 - 11:21

suni-peykAzərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb. Bunu “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib.

D.Bədirxanovun sözlərinə görə, proses ilə yaxından tanış olmaq üçün ASC-nin əməkdaşları ABŞ-da “Space Systems Loral” (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.

Peykin dizaynı orta və ağır geostasionar və yüksək eliptik telekommunikasiya peyklərinin hazırlanmasında istifadə edilən 1300 seriya (SS/L 1300) platforması əsasında həyata keçiriləcək. İkinci peyk proqramı Kanadanın “Export Development Canada” (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.

Peyk Azərbaycan tərəfindən “Intelsat” beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək. “Azerspace-2” peykinin xidmət zonasına Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

“Azerspace-2” geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək və rəqəmsal tele-yayım xidməti göstərmək üçün, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi, VSAT çox xidmətli şəbəkənin yaradılması və s. üçün nəzərdə tutulub. (“Trend”)

Short URL: http://www.cumhuriyyet.net/?p=54857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728