Türkiyədəki seçkilərdə atışma: 9 yaralı var

30.03.2014 - 15:07

Türkiyədəki seçkilərdə atışma: 9 yaralı var

Türkiyənin Şanlıurfa vilayətində Çankaya qəsəbəsinə muxtarlığa namizədlər İsmayıl Çiftçi ilə Şükrü Polatçı arasında dava düşüb. Qarşıdurma nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.
ANS PRESS-in məlumatına görə, hadisə səhər saat 8 radələrində baş verib. Məktəbin qarşısında gözləyərək seçicilərdən səs istəyən iki muxtarlığa namizəd bir-birinə bıçaqla hücum ediblər. Qohum olduqları bildirilən namizədlərdən biri ürək, digəri isə qarın nahiyəsindən yaralanıb. Davanın qarşısını almaq istəyən polis əməkdaşı və digər 3 nəfər bıçaq yarası alıb. 
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Hadisədən sonra məktəbə gələn polislər seçki məntəqəsinə daxil olan bütün seçiciləri yoxlayıblar.
Daha bir qarşıdurma Urfada yaranıb. Buradakı silahlı və dəyənəkli davada 6 nəfər yaralanıb. Şanlıurfanın Birecik qəsəbəsində də iki ailə arasında muxtarlıq üzündən çıxan silahlı və dəyənəkli davada 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Hadisə səhər saatlarında Çiftlik kəndində baş verib. Kəndin muxtarlığına namizədlər Ersöz ilə Emin Öztürk ailələri arasında mübahisə yaranıb. Mübahihə qısa müddətdə davaya dönüb. Tapançadan açılan atəş muxtarlığa namizəd Emin Öztürk ilə yaxınları Salih Öztürk, Hasan Öztürk və Mehmet Öztürk yaralanıb. Daha iki nəfər isə dəyənək zərbələrindən xəsarətlər alıblar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930