“Trabzonspor” klubunun prezidenti: “Türkiyəni bütün dünyada rəzil etdiniz”

22.02.2016 - 11:48

dursun“Salih Dursun həmin epizodda Türkiyə futbolundakı sistemə qırmızı vərəqə göstərdi. Bu, haqsızlığa üsyanın simvolu idi”. Apasport.az saytının məlumatına görə, bunu “Trabzonspor” klubunun prezidenti Muharrem Usta deyib.

Türkiyə Superliqasının XXII turunda baş tutan “Qalatasaray” – “Trabzonspor” görüşündə baş hakim Dəniz Atəşin idarəçiliyi böyük səs-küyə səbəb olub. “Cim-bom”un 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Atəşin qonaq komandanın 4 futbolçusunu qırmızı vərəqə ilə meydandan qovması yerli futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Usta hakimin qərəzli idarəçiliyini əsas gətirərək, oyunun yenidən keçirilməsini tələb edib: “Bu, qara gecə idi. Uşaqlarımıza şərəfi öyrətmək lazımdı. Bu həyatı da şərəflə yaşamaq vacibdi. Bəzi insanlara bunu öyrətməliyik. İzlədiyimiz oyun yox, teatr idi. Dəniz Atəş bundan sonra getsin, fitnes mərkəzində çalışsın. Onun hakimliyi bitdi. Bütün bunların günahkarları baş hakim, Hakimlər Komitəsi və Futbol Federasiyasıdı. Türkiyəni bütün dünyada rəzil etdiniz”.

Dəniz Atəşin başçılıq etdiyi hakimlər briqadasının bu idarəçiliyi görünür, təkcə “Trabzonspor”luları narazı salmayıb. Türkiyə Futbol Federasiyası da artıq Hakimlər Komitəsinə baş hakimin idarəçiliyini araşdırmağı tapşırıb. Hakimlər Komitəsinin bu gün iclası baş tutacaq və Atəşin qərarları müzakirə ediləcək. FİFA dərəcəli referinin cəzalandırılması istisna deyil.

Qeyd edək ki, “Trabzonspor”un 7 nəfərlə tamamladığı görüşdə baş hakim qonaqlardan Özər Hurmacı, Aykut Dəmir, Luis Kavanda və Salih Dursunu meydandan qovub.

Short URL: http://www.cumhuriyyet.net/?p=54867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728