Seyidəliyevlərin zəbt etdiyi rayon
Ağsuda cari və təkrar təmirlər adı altında
milyonlar silinir
Ağsuda cari və təkrar təmirlər adı altında
milyonlar silinir
Ağsu
rayonundan daxil olan məlumata görə, rayonunun icra başçısı Ənvər Seyidəliyev
rayonda apardığı abadlıq, cari təmir, tikinti işlərində külli miqdarda dövlət
vəsaitini talayıb. Məsələ ilə bağlı redaksiyamıza bilgi verən mənbənin
bidirdiyinə görə, 2013-cü ildə Ağsu rayonuna abadlıq, cari təmir işləri üçün
1,5 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlərin bir hissəsi Ağsu
şəhər icra nümayəndəliyinin xətti ilə icra başçısına məxsus olan şirkətlərə
köçürülüb. Belə ki, Ağsu şəhərində H.Əliyev parkında, Ağsu Seyrangahında,
Qəhramanlıq parkında və S.Vurğun, Vidadi, M.Ə. Rəsulzadə, Nizami küçələrində
küçə, hasarların, piyada səkilərin cari təmiri üçün “Elşən-2” MMC-yə 300 min
manatdan çox vəsait ayrılıb. Adı çəkilən şirkətin isə icra başçısı Ənvər
Seyidəliyevin yaxın qohumuna məxsus olduğu bildirilir.
Məlumatda
bildirilir ki, “Elşən-2” MMC-nin həyata keçirdiyi cari təmir işləri isə
kosmetik işlər olub, sadəcə səkilərdə xarab olmuş üzlüklər yenisi ilə
əvəzlənib, eyni zamanda qeyd etdiyimiz küçələrin hasarları boyalanıb, H.Əliyev
və Qəhrəmanlıq parklarında, o cümlədən Ağsu Seyrangahında bəzi yerdəyişmələr
həyata keçirilib. Həmçinin Nazirlər Kabineti tərəfindən ayrılan bu vəsaitdən
başqa, rayonun daxili büdcəsindən də həmin ərazilərin təkrar cari təmiri üçün
külli miqdarda vəsait ayrılıb. Ənvər Seyidəliyev isə vəzifə səlahiyyətlərindən
istifadə edərək il boyu dövlətin yüzminlərlə manat vəsaitlərini təkrar cari
təmirlər adı altında mənimsəyib.
Daxil
olan məlumatda qeyd olunur ki, icra başçısının vəsait silmə qurumlarından biri
də Mənzil İstismar İdarəsi və “Yaşıllaşdırma və Abadlaşdırma” MMC olub.
Bildirilir ki, Ağsu rayonunda mənzil fondunun balansında olan binaların əsaslı
təmiri üçün ayrılan 110 min manat vəsaitdən başqa, rayon maliyyə idarəsindən də
həmin binaların təkrarən cari təmir edilməsi üçün nə az, nə çox 100 min manat
əlavə pul ayrılıb. Cari təmir üçün ayrılan əlavə vəsait isə bəzi binaların
sökük yerlərini təmir etməklə silinib.
Məlumatda
göstərilir ki, rayon mərkəzində yaşıllaşdırma işləri ilə məşğul olan
“Abadlaşdırma və Yaşıllaşdırma” MMC-nin hesabına rayon maliyyə idarəsindən son
iki ildə 200 min manatdan çox vəsait ayrılıb. Rayonun daxili büdcəsindən
“Yaşıllaşdırma və Abadlaşdırma” MMC-yə ayrılan vəsaitlər icra başçısı Ənvər
Seyidəliyevin cibinə axır. İcra başçısı “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin
adı altında silinən vəsaitlərin yerini doldurmaq üçün isə MMC-nin görəcəyi
işləri rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının müdirlərinin arasında
bölərək onların boynuna “yükləyib”.
Ağsu
rayon Maliyyə idarəsinin müdiri Vaqif Hüseynov icra başçısı Ənvər Seyidəliyevin
yaxın qohumudur. Daha əvvələr isə Ağsu rayonunda Maliyyə şöbəsinin müdiri icra
başçısı Ənvər Seyidəliyevin bacısı oğlu, həmçinin Əmək və Əhalinin Sosial
Müdafiə naziri Səlim Müslümovun qardaşı olub. Hazırda nazirin qardaşı İsmayıllı
rayonunun maliyyəsini idarə edir. Ümumiyyətlə isə Səlim Müslümovun və Ənvər
Seyidəlyevin qohumları rayondakı bütün vəzifələri tutublar. Rayonun bütün
vəzifəli şəxsləri Ənvər Seyidəliyevin və Səlim Müslümovun qohumlarıdı. İndi isə
yeni prosses İsmayıllı rayonunda gedir. Seyidəliyevlər və Müslümovlar İsmayıllı
rayonunu da “işğal”a alırlar. İsmayıllının üsyandan sonrakı yeni icra
başçısı Mirdaməd Sadıqov isə Ənvər Seyidəliyevin uzaq qohumudur.
Məlumatda
bildirilir ki, hamısı və bacısı oğlu Səlim Müslümov nazir olduqdan sonra Ənvər
Seyidəliyevin ayaqları gözlərinin altını görmür. Bir müddət əvvəl kürsüsü
laxlayan Ənvər Seyidəliyev indi özünü çox arxayın aparır. Hətta vətəndaşları
belə qəbul etmir və vaxtının böyük hissəsini əyləncələrə sərf edir.
Qarşı
tərəfin mövqeyini dərc etməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=5487