Elton Aygün Kazımovaya cavab verdi: “Şeytan əməlidir”

22.02.2016 - 13:01

eltonMüğənni Elton Hüseynəliyev xalq artisti Aygün Kazımovanın ittihamlarına cavab verib.

Cümhuriyyət.az aznews.az-a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə yazıb. E.Hüseynəliyev A.Kazımovanın adını çəkmədən qeyd edib ki, insanlara şər, iftira atmaq şeytan əməlidir: “Mən çox xoşbəxtəm. Hamımıza xoşbəxt olmağı arzu edirəm. Şər, iftira atmaq şeytan əməlidir. Kim bunu edirsə, o, şeytanın quludur. Heç nə demirəm, zaman hər şeyi göstərəcək. Həyat gözəldir, Bu həyatı şeytanlara yox, insanlara sərf etmək lazımdır”.

Qeyd edək ki, xalq artisti A.Kazımova həmkarı Elton Hüseynəliyevin ünvanına aşağılayıcı ifadələr işlədib. O, Eltonu həmkarlarının qeybətini etməkdə ittiham edib: “Eltonla hər görüşəndə qeybətindən qalmırdı. Xüsusilə də, qadın müğənnilərin arxasınca danışırdı. Bir adam ki, iki gözəl övladının anası, illərdir onun yolunda hər cəfaya qatlaşan, işini, karyerasını onun karyerasına qurban verən, bu gün qazandıqlarına sayəsində çatdığı ömür-gün yoldaşının qədrini bilmirsə, ağzına gələni danışırsa, oturduğu hər yerdə və mənim yanımda ailəsinin, evinin, həyat yoldaşının qeybətini edirsə, belə kişiyə kişi demək olar? İndi də başlayıb Röya ilə belə oldu, Natavanla belə oldu. Bizim dilimiz varsa, dilçəyimiz də var. Deyəsən, unutmusan saatlarla vaxtımı alıb Röya və Natavanın arxasınca etdiyin qeybətlər. Utan, kişi adı daşıyırsan, ay qədirbilməz! Bir dilinə yiyə dura bilmirsən. Deyəsən, hulqumunu sən çoxdan udmusan!”.

Short URL: http://www.cumhuriyyet.net/?p=54884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728