“Kredit oliqarxları”ndan biri “ev dustaqlığı”na buraxıldı – “BEYNƏLXALQ BANK İŞİ”

22.02.2016 - 13:17

mehkemeAzərbaycan Beynəlxalq Bankından 80 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək həbs olunan, günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov azadlığa buraxılıb.

Bu barədə Trend-ə A.Mikayılovun vəkili məlumat verib.

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” ilə əvəzlənib və o azadlığa buraxılıb.

A.Mikayılovun həbsxana şəraitində səhhətində problemlərin olduğunu deyən vəkil bildirib ki, müvəkkili hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, Azərbaycanda günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov Azətbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində götürdüyü krediti mənimsəməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 31 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=54887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728