Binəqədi şefinin Biləcəri əməliyyatı
Xaləddin İsgəndərov parkı söküb ərazidə
obyekt tikdirir
Binəqədi
rayonun icra başçısı Xaləddin İsgəndərov Biləcəri qəsəbəsində bir parkı söküb. Hələlik
adlarının çəkilməsini istəməyərək müraciət edən şikayətçi Biləcəri sakinləri
deyirlər ki, icra başçısı abadlıq adı altında parkı söküb. Park abadlıq adı ilə
hasarlandıqdan sonra iki yerə bölünüb və bölünmüş ərazinin biri icra başçısı
Xaləddin İsgəndərov üçün villa inşa edilməyə başlayıb.
Sakinlər
iddia edirlər ki, əslində parkda restoran da inşa olunur. İcra başçısına yaxın
adamlardan birinə məxsus olan obyektlə bağlı maraqlı məqamlar da var. Sakinlər
deyirlər ki, bir müddət əvvəl icra başçısı ərazidə abadlıq adı altında
hasarlama aparandan sonra məlum olub ki, əslində parkda obyekt inşa olunur. Və
inşa edilən obyektlə bağlı sakinlər narazılıq eldiblər. Sakinlərin Fövqəladə
Hallar Nazirliyinə müraciətindən sonra tikinti işləri dayandırılıb. Lakin
narazı şikayətçilər deyirlər ki, icra başçısı ilə görüşmələrinə baxmayaraq
Xəladdin İsgəndərov onlara konkret heç nə deməyib.
Sakinlər
deyir ki, icra başçısı onlarla görüşdə “Məni bura prezident təyin edib. Ürəyim
var mənim. Mən burada işləyəcəm. Necə də istəyirəm elə işləcəyəm” deyə cavab
verib. Məlumata əsasən sakinlərlə görüş zamanı qəti şəkildə təlimatlar verilir
ki, icra başçısına və müavinlərinə “cənab başçı”, “cənab müavin” deyə xitab
edilməlidir. Məhz bu şəkildə müraciət etməyən istənilən şəxs aşağılanır. İcra
başçısı həmçinin də sabiq sələfi Alı Qocayevi də ağır şəkildə tənqid edir.
Şikayətçilər deyir ki, Xaləddin İsgəndərov rayondakı problemlərlə bağlı olaraq
Alı Qocayevi ağır ittihamlarla günahlandırır və aşağılayır. Qeyd edək ki,
Binəqədi rayonun sabiq icra başçısı Alı Qocayev Milli Məclisin spikeri Oqtay
Əsədovun qudasıdır. “Cənab prezident Alı Qocayevi mədəni sürgüna yolladı” deyən
icra başçısı hazırda Samuxda başçı olan sələfini aşağılayır. Maraqlı məqam
ondadır ki, Xaləddin İsgəndərov özü vergilər naziri ilə yeznə-qayın olaraq
qoyumdur. Oqtay Əsədovun qudasına qarşı belə ağır danışan Fazil Məmməovun
qohumu elə Biləcəridəki parkla bağlı da mövqeyini sərt şəkildə bildirir.
Müraciət edən sakinlər hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərova
təşəkkür məktubu yazdıqlarını və yaxın zamanlarda onu mətbuata təqdim
edcəklərini bildirdilər. Şikayətçilər deyir ki, parkda inşa edilən obyektlər
sökülməlidir. “Orada bizim ailələrimiz istirahət edirlər. Restoranın qabağında
biz ailə uşaqla necə istirahət edəcəyik. Parkın da ərazisi o qədər də böyük
deyil. Həm də dövlət qurumları Torpaq Komitəsi də təsdiqləyə bilər ki, bu
parkda iaşə obyekti olmayıb, sadəcə olaraq istirahət üçün nəzərdə tutulmuş
ərazidir. İndi icra başçısı abadlıq adı ilə orada özünə obyekt tikir” deyə
sakinlər bildirdilər.
Qeydh edək
ki, yazxın günlərdə FHN-nin inşasını dayandırdığı və parkın yarısını zəbt edən
obyektin sahibinin də mövqeyini öyrənməyə çalışacağıq. Və yazılanlarla bağlı
Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə hazırıq. Yaxın günlərdə geniş
araşdırmamız da olacaq.
Bizi
izləyin.
Short URL: http://www.cumhuriyyet.net/?p=5489