Nurçuların Azərbaycanda imamının olduğu rəsmən təsdiqləndi – video
Nurçuların Azərbaycanda imamının olduğu rəsmən təsdiqləndi – video
“Türkiyədə Fətullah Gülən hərəkatının təşkilatlanamadığı tək yer Milli Kəşfiyyat İdarəsidir(MİT)”. “Axar.az” xəbər verir ki, bu açıqlama ilə Fətullah Gülənin ən yaxın adamlarından biri olan Tuncay Güney çıxış edib. O, “camaat”ın ən çox polisdə təşkilatlandığını bildirib. “Bizim polis və digər yerlərdə təşkilatlanmağımızda ən çox millətçilərin rolu böyük olub. Təxminən 1984-1986-cı illər arasında. İndi bəziləri çıxıb deyir ki, “camaat” pulları necə hərəkət edir. Bu pullar yəhudilərin sərmayə etdiyi banklar tərəfindən dəyərləndirilir. Son 15 ildə pullar Dubay üzərindən göndərilir. 28 fevrala nəzər yetirsəniz tək zərər görməyən bankın Asya Finans olduğunu müşahidə edə bilərsiniz”. T.Güney “camaat”la PKK arasında əlaqələri də etiraf edib. “O zaman “camaat”ın bölgədə hərəkətinə PKK maneə törədirdi. PKK ilə görüşüb “Zaman” qəzetinin paylanmasına və rahat satılmasına icazə aldıq. Lakin sonradan burada problem çıxdı. Həmin an PKK ilə əlaqə yaradıb Avropa və Amerikadan gələn bütün pullarınıza əl qoyacağıq dedik. Həmin dəqiqə hər şey düzəldi”. O, Gülən hərəkatının hər ölkə üçün bir imam cavabdehdir fikrini də təsdiqləyib. “Bəli hər ölkə üçün bir imam cavabdehdir. ABŞ-dan Çinə qədər hər ölkənin imamı var. Fətullah Gülən Kanadaya yerləşmək üçün izn istəsədə rəsmi Ottava onu Kanadaya buraxmayıb”. Fətullah Gülənin ən yaxın adamının etirafının bir hissəsini özündə əks etdirən videonu təqdim edirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=5490