Əli Həsənova qarşı gizli sorğu

31.03.2014 - 01:14

“Qaçqınkom” sədrini bitirəcək dosye
hazırlanıb


 

Qaçqınların
və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun
vəzifədən azad olunması gözlənilir.
Bu məsələ artıq böyük ölçüdə həll
olunub. Son qərarın elan olunması artıq sırf texniki məsələ sayılır və yalnız
zaman amilinə bağlıdır. Seçki bitən kimi Əli Həsənovun məmur ömrü də bitəcək.
Bu məlumat Yeni Cumhuriyyət”əhakimiyyətə yaxın mənbələrdən ötürülüb. İqtidardaxili proseslərdən yetərincə bilgili
olan qaynağımız deyir ki, 1996-cı ildən bu vəzifədə çalışan Qaçqınkom
sədri kreslosu ilə bağlı bir neçə dəfə təhlükəyə girsə də onun başı üstündəki
qara buludlar heç vaxt indiki qədər sıx olmamışdı.

Əli
Həsənovun vəziyyəti bu dəfə doğrudan da çox mürəkkəbdir. Ona qarşı artıq elə
ittiham irəli sürülüb ki, altından çıxması mümkünsüzdür. Özü də məsələdən
birinci şəxsin də xəbəri var. Onun
gördüyü işlərin, tutduğu əməllərin nəticəsi bütün hakim komandanı pis
vəziyyətdə qoyub və hədsiz qəzəbləndirib. Qaçqınkomsədrinə olan qəzəb ona görə çox böyükdür ki, məsələ iqtidarın reputasiyası ilə
birbaşa bağlıdır. Bunun seçki ərəfəsində üzə çıxması isə iri məmurlarla bağlı
qərar vermək ranqında olan səlahiyyətlilərin əsəblərini bir qədər də tarıma
çəkib” – deyə mənbə bildirir.

MənbəmizinƏ.Həsənovun qəzəbə gəlməsinin konkret səbəbləri ilə bağlı dedikləri isə
daha heyrətamizdir:Hakimiyyət
qaçqınların və məcburi köçkünlərin ona real münasibətini öyrənmək məqsədilə
onların arasında gizli sorğu keçirib. Bu sorğunu keçirmək iqtidara yaxın
qeyri-hökumət təşkilatlarından (QHT) birinə sifariş edilib. Həmin QHT də
qaçqınların sıx məskunlaşdığı əksər şəhər və rayonlarda işləyib və ortaya
hakimiyyətdən ötrü dəhşətə bərabər bir mənzərə çıxıb. Gizli sorğu nəticəsində
məlum olub ki, qaçqınların və məcburi köçkünlərin 70-75 faizi hakimiyyətdən
ciddi şəkildə narazıdır. Bu sorğunun nəticəsi Prezident Administrasiyasında
lazımi şəxslərə təqdim və hərtərəfli təhlil olunub. Sonra vəziyyət başqa
kanallarla bir daha yoxlanıb. Əmin olublar ki, sorğunun nəticələri real
vəziyyəti düzgün əks etdirir. Müzakirələrdən sonra Əli Həsənov saraya
çağırılaraq möhkəm sıxılıb. Nəticələr komitə sədrinə təqdim edilib, ondan sərt
şəkildə izahat tələb olunub. Sənin yarıtmaz fəaliyyətinin nəticəsidir 1 milyon
insan hakimiyyətdən narazıdır” ittihamı ilə üzləşən Qaçqınkom sədri
Prezident Administrasiyasından əzilmiş halda çıxıb”.

Qaynağımız onu da deyir ki, məsələ təkcə tənbeh-danlaqla
bitməyib. Gizli sorğunun nəticələrindən yola çıxan yuxarılar müvafiq
strukturlara Qaçqınkomun fəaliyyəti ilə bağlı hərtərəfli araşdırmalara başlamaq
göstərişi veriblər. Bu zaman daha betər faktlar üzə çıxıb. Onlardan biri
BMT-nin azərbaycanlı qaçqın-köçkünlərə hər il ayırdığı yardımların talan
edilməsi ilə bağlı olub. Söhbət on milyonlarla manatlıq yeyinti faktlarından
gedir. Bu haqda danışan qaynağımız deyir ki, BMT-nin yardımları Qaçqınkom tərəfindən
çox primitiv üsulla əridilirmiş:Komitə
rəhbərliyi ayrılan maliyyə vəsaitinin qaçqınlar üçün guya hətta çadır alınmasına
sərf edildiyini bildirib. Halbuki çadır söhbəti çoxdan qurtarıb. Bütün çadır
şəhərcikləri prezidentin göstərişi ilə çoxdan ləğv olunub, rayonlardakı
qaçqın-köçkünlər üçün qəsəbələr salınıb. Çadır şəhərciyi yoxdursa, komitə
çadırları harada qurub? Bu sual Əli Həsənova da verilib“..

Amma cənab
Həsənovun problemləri bununla da bitmir. Qaynağımız Qaçqınkomun əli ilə
həyata keçirilmiş kvota maxinasiyası barədə də danışır. Onun dediyinə görə, bu
sahədə də inanılmaz qaranlıq işlər var: “Bəlli olduğu kimi, hökumət xüsusilə də
Bakı və Sumqayıtda yaşayan qaçqınlara aylıq işıq və qaz kvotası müəyyən edib.
Hər bir qaçqın ailəsi həmin kvota ilə müəyyən olunmuş qədər qaz və işıqdan
pulsuz istifadə edə bilər. Hökumət “Azəriqaz”
la Bakıelektrikşəbəkəyə
çatmalı olan bu pulu hər ay Qaçqınkomun hesabına köçürür, sonuncu da öz
növbəsində həmin qurumlarla hesablaşır. Yəni Qaçqınkom bu kvota ilə nəzərdə
tutulan pulları hər ay “Azəriqaz”la “Bakıelektrikşəbəkə”yə ödəməlidir. Amma
yoxlamalar zamanı məlum olub ki, elə ailələr var ki, onlara son vaxtlar hətta
3-4 min manat işıq borcu gəlib. Araşdırma onu da üzə çıxarıb ki, komitə
hökumətin ayırdığı pulları “Azəriqaz”la “Bakıelektrikşəbəkə”yə ödəməyib. O
pulların harada olduğunu bilən də yoxdur. Amma komitədə bilməmiş olmazlar”.

Sonda onu
da deyək ki, Əli Həsənovun yerinə gətiriləcək şəxs də bəllidir. O, qaçqın
rayonlarından birinin icra başçısıdır. Həmin şəxsin adı redaksiyamıza məlumdur.
Bircə onu deyə bilərik ki, onun hakim ailəyə qohumluğu da çatır.


 

Coşqun

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5495

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930