Eldar Əzizovun "yaşıl soyqırımı"na etiraz

31.03.2014 - 03:16

İcra başçısı “Cumhuriyyət” parkının ərazisini
satıb


 

Sumqayıt
şəhərindəki 10-cu və 13-cü mikrorayonların sakinləri şəhərdəki “torpaq satışı”na
etiraz edir. Bu barədə 10-cu mikrorayon, Babək küçəsinin sakinləri məlumat
veriblər. Sakinlər bildirir ki, yolu dağıdaraq ərazidə çoxmərtəbəli binalar
tikirlər.

Lakin
söküntü-tikinti işləri adətən gecə saatlarında gizli şəkildə aparılır: “Səhər
yolun bir az da dağıdıldığının şahidi oluruq. Əvvəllər bu ünvanda 10 hektar
sahədə “Cümhuriyyət parkı” yerləşirdi. Parkın ərazisi də bir-iki gecənin içində
satılaraq dağıdıldı. Məsələ ilə bağlı Sumqayır Şəhər İcra Hakimiyyətinə, icra
başçısı Eldar Əzizova dəfələrlə müraciət etmişik. Lakin buna heç bir reaksiya
verilmir”.

Şikayətçilər
qeyd etdilər ki, yolun sökülərək iş adamlarına verilməsi icra hakimiyyətinin
icazəsi olmadan mümkün deyil. Buna görə də şikayətlərə reaksiya verilməyənə
qədər aksiyalara davam edəcəklər. Qeyd edək ki, həmin yoldan gün ərzində 5 min
sakin istifadə edir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5498

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930