Zəiflərin təcavüzü

31.03.2014 - 10:13

Zəiflərin təcavüzü

Əsgər Möhsümoğlu (“Amerikanın səsi”)
 “Güc təcavüzkarın nəzəri ilə ölçülür”, – deyə Viktor Davis Hanson Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini və tarixdə buna oxşar presedentləri şərh edir: “Tarix zəif dövlətlərin özlərindən qat-qat güclü rəqiblərə hücumları ilə doludur.Гї 1939-cu il sentyabrın 1-də Hitler hərbi baxımdan Fransa və Britaniyadan zəif idi.ГїNə olsun? Bu fakt Vermaxtı növbəti aylar ərzində yeddi ölkəni bir-birinin ardınca zəbt etməkdən saxlamadı.ГїBunun ardınca Hitler axmaqcasına özündən xeyli güclü Sovet Ittifaqına soxuldu və az sonra Birləşmiş Ştatlara müharibə elan etdi”.
Tarixçi Hanson keçmişin təcavüzlərini təhlil etməklə maraqlı bir məqama diqqət çəkir. Hücum edən tərəfin daim rasional hərəkət etdiyini, yalnız özündən zəiflərə hərbə-zorba gəldiyini güman etmək səhv yanaşmadır. Əgər dövlətlər daim belə rasional hesablamalarla hərəkət etsəydilər, onda tarixdə heç zaman müharibə, qarşıdurma və ümumən dəyişiklik olmazdı. Tarixi tarix edən elə onun irrasional oyunçuları, uda biləcəyindən böyük tikəni dişləyənlərin cəsarəti, yaxud da həyasızlığıdır.
ABŞ administrasiyası və ümumilikdə Qərb ictimaiyyəti hələ də anlaya bilmir ki, Putin özünün və ölkəsinin taleyini bir yarımada uğrunda niyə riskə qoyub. Çoxları hesab edir ki, Vladimir Putin çılpaq aqressiyası ilə strateji intihar edib. Yaponiyadan tutmuş Polşayadək, bir vaxtlar Rusiya ilə ciddi problemi olmadığını güman edən bütün həmsərhəd dövlətlər indi növbəti hədəfin onlardan biri olacağından narahatdır.
 
Sivil dövlətləri dəhşətə gətirən təkcə Putinin Krıma müdaxiləsi yox, bu müdaxilənin arxasında dayanan hesablamalar və düşüncə tərzidir. Demək, XXI əsrdə belə bir dövlət və dövlət başçısı var və o, hesab edir ki, istənilən zaman kimsə onun xətrinə dəysə, sadəcə, həmin ölkəyə qoşun göndərib torpaqlarını zəbt edə bilər. XX əsrdə millətlər bu cür davranışa son qoymaq üçün iki dünya müharibəsində vuruşublar. Putinin alt-üst etmək istədiyi, məhz o dünya müharibələrinin sonunda bərqərar olan və qlobal sülhün, sabitliyin əsasında dayanan beynəlxalq sistemdir.
Viktor Davis Hanson oxucularını əmin edir ki, tarix status-kvonu sınağa çəkən, yeni siyasi düzən yaratmağa çalışan Putin kimi şəxsiyyətlərlə doludur: “Gələcəkdə kifayət qədər axmaq görünəcək bir qərar indidən hücumçuya əyan olmur. Aqressiv dövlətləri reallıq yox, onun görüntüsü hərəkətə gətirir. Obama çaşqınlıq içərisində məntiqə, zəkaya, mənəvi dəyərlərə baxır və görür ki, Putinin etdikləri mənəvi-etik çərçivəyə sığmır. Amma Putinin öz məntiqi var”.
Rusiya prezidenti beynəlxalq münasibətlərə Amerika və onun tərəfdaşları kimi baxmır. Prezident Putinin nəzərində ABŞ Suriyada Bəşər Əsədi devirə bilmədi, Misirdə çaş-baş qalıb, Polşa və Çexiyada raketdən müdafiə sistemi yerləşdirməyə cəsarət etmədi, Liviyada onun səfirini öldürdülər, Irana qarşı sanksiyalar yüngülləşir. Və nəhayət, Rusiyanın Gürcüstana hücumundan bir qədər keçmiş ABŞ Kremllə münasibətləri normallaşdırmağa çalışdı. Bütün bunlar Putin üçün indikatordur ki, Birləşmiş Ştatlar zəifləyib və onun qarşısında dayana bilməz. Rusiya lideri əmindir ki, Barak Obama nəhəng dövlətlə qarşıdurmaya getməkdən çəkinəcək – yalnız onun əsasında ki, Amerika son illərdə münaqişələrdən maksimum yayınmağa çalşıb. Iraq müharibəsindən sonra amerikalılar bir toplum olaraq, xarici müdaxilələrə simpatiya ilə yanaşmırlar.
Oxşar hesablamaları Hitler də etmişdi. Argentina xuntası 1982-ci ildə Falkland adalarını tutmaqla, belə bir səhvə yol vermişdi. Daha sonra 1991-ci ildə Səddam Hüseyn Küveytə soxulmağa qərar verəndə əmin idi ki, onun qarşısına çıxan olmayacaq. “Çəkindirmə incəsənətdir, elm deyil”, – deyə Hanson yazır: “Zəif dövlətlər başqalarına ona görə hücum edirlər ki, düşünürlər, onlar üçün belə keçəcək və proses ərzində daha da güclənəcəklər. Onlar yalnız onda iflasa uğrayırlar ki, qarşılarına qüvvə çıxır və həmin qüvvə onları bu hərəkətlərinə peşman edir. Sülh yalnız onda bərqərar olur ki, sonda hamı kimin güclü, kimin zəif olduğunu dərk edir və bu reallıqla barışır”.
Putini bu reallıqla barışdırmaq amacı isə təkcə rus xalqına deyil, bütövlükdə sivil dünyaya baha başa gələ bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=5503

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930