Ziya Məmmədov Cavid Qurbanovu sıradan çıxarır

31.03.2014 - 11:02

Ziya Məmmədov Cavid Qurbanovu sıradan çıxarır

Nəqliyyat naziri Ziya Məmmədov “Azəryolservis” ASC rəhbərinin səlahiyyətlərini əlindən almaq üçün bütün təzyiq rıçaqlarını işə salıb
Nəqliyyat Naziri Ziya Məmmədov addım-addım “Azəryolservis” ASC rəhbərinin səlahiyyətlərini əlindən alır və Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun balansında olan idarə müəsissələri birləşdirərək əsas yetkini Nəqliyyat Nazirliyinə verir.
Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, son zamanlar Ziya Məmmədov Cavid Qurbanovu nəzarərdə saxlaya bilmək üçün özünün ən yaxın adamlarını “Azəryolservis” ASC-də yerləşdirir. Ziya Məmmədov qardaşı Nərman Məmmədovu Cavid Qurbanova müşavir təyin etməsinin əsas səbəblərindən biri məhz “Azəryolservis” şefinin gücünün zəiflədilməsidndən və təsir imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyıb. Bundan başqa bir neçə həftə əvvəl Ziya Məmmədov qardaşı İldırım Məmmədovun yeznəsi “Azəryolservis” ASC-də şöbə müdiri təyin edilib.
Bundan başqa məlumatlı mənbənin bildirdiyinə görə hazırda “Azəryolservis”ASC-də Nəriman Məmmədovla bərabər qurumun hüquq şöbəsinin rəisi və  baş “Azəryolservis”ASC-nin baş mühasibi Ziya Məmmədovun ən yaxın adamlarıdır. Mənbə idda edir ki, Ziya Məmmədov “Azəryolservis” ASC-nin səlahiyyətlərini azaltmaqla bərabər, Cavid Qurbanovun da təşkilatdakı adamlarını da ixtisara salmağa başlayıb. Prossesin yaxın zamanda kütləvi xarakter alacağı təxmin olunur.
Daxil olan məlumata əsasən Ziya Məmmədov ASC-nin bütün maliyyə qaynaqlarını Nəqliyyat Nazirliyinə bağlmaq və Cavid Qurbanovu bu yolla tam olaraq özündən asılı vəziyyətə salmağa çalışır. Nəqliyyat nazirinin iyun ayına kimi bu prosesləri yekunlaşdırmaq istəyində olduğu bildirilir.
Qeyd edək ki, bir neçə aydır ki, Cavid Qurbanovun “Azəryolservis”ASC-ni Nəqliyyat Nazirliyindən ayırmaq və müstəqil quruma çevirmək üçün Nazirlər Kabinetinə müraciət etməsi haqqında qeyri-rəsmi məlumatlar dolaşmaqdadır. Hazırda iki oliqarx arasında savaşın pik nöqtədə olduğu və Ziya Məmmədovun son həmlələrlə Cavid Qurbanovu küncə sıxışdırıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930