Hacıqabulda rəsmən başçısızlıq problemi yaranıb – Rayonu kim idarə edir?

31.03.2014 - 11:05

Hacıqabulda rəsmən başçısızlıq problemi yaranıb – Rayonu kim idarə edir?

Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumatlar yayılıb. Məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşansa da, sonradan problem bir şəkildə çözülüb. 
Amma verilən məlumatların sırasında bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Amma onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır. Bu barədə açıqlama verən adının çəkilməsini istəməyən rayon sakinlərindən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Belə ki, onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. Məsələn, məktəb direktorlarından biri olan Zeynəb Ələsgərova rayonda heç kimin sözünü eşitmir. Onun Afiqin bacısı olduğu vurğulanır. 
İcra başçısının sürücüçü Elçin isə rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə ölümlə hədələməkdən belə çəkinmir. 
Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyəti İnformasiya Təminatı və Təhlil sektorunun müdiri İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər. 
“Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu “100-lük Tariyel” kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.
Bu barədə danışan vətəndaş bildirir ki, o, ali təhsillidir və ölkənin aparıcı universitetlərindən birini bitirib. “İndiyə qədər 20 dəfə Hacıqabul İcra Hakimiyyətinə baş vurub. Üzləşdiyim problemlərin həllini tələb etmək üçün ora getmişəm. Amma hər dəfəsində məni oradan qovublar”. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930