Bu qurum NAZ aldı – Foto
BakuBus MMC şirkətə məxsus avtobuslara nəzarət sistemini gücləndirir.
Avtosfer.az xəbər verir ki, bu barədə BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, bu məqsədlə “BakuBus” avtobuslarının xəttə buraxılan vaxtdan fəaliyyətə başlayan şirkətin nəzarət xidməti üçün yeni avtomobillər alınıb:
“Bundan əvvəl nəzarət xidmətinə məxsus 2 avtomobil var idi. Lakin bu yaxınlarda “BakuBus” xidmətin fəaliyyətini gücləndirmək məqsədilə 2 “NAZ Lifan” markalı avtomobil alıb. Nəzarət xidmətinin yeni avtomobilləri “BakuBus”ın təlim mərkəzində sınaqdan keçirilib və artıq bu gündən etibarən istifadəyə verilib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55060