Astara Pedaqoji Kollecində baş alıb gedən korrupsiya
31.03.2014 - 11:33
Astara Pedaqoji Kollecində baş alıb gedən korrupsiya

Direktor Əlihəsən Əliyevin Astara Pedaqoji Kollecində tətbiq etdiyi maraqlı rüşvət tarifi
“Astara Pedaqoji Kollecində tələbələrdən salamı belə pula alırlar. Direktorun rüşvət cədvəli burda saat kimi işləyir”
Bu barədə Astaradan PİA.AZ-a ünvanlanan şikayət məktubunda bildirilir. Şikayətçinin bildirdiyinə görə Astara Pedaqoji Kollecinin direktorunun qəbul otağına belə “elə-belə” girmək mümkün deyil. Kollecin girəcəyində qurulmuş mühafizə postundan “əlin boşdursa” içəri keçə bilməzsən. Kənddən gələn və yaxud da “pay-puş” çantaları ilə gələn adamlar direktorun və şöbə müdirlərinin qapılarında növbəyə dururlar.
Qeyd edək ki, Astara Pedaqoji Kolleci Astara Pedaqoji Texnikumunun bazası əsasında 16 iyun 2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yenidən formalaşdırılıb. Kollecdə Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; İnstrumental ifaçılıq (alətlər üzrə); Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Bədən tərbiyəsi və idman sahələri üzrə mütəxəssislər hazırlanır. Kollecdə 1400-ə qədər tələbə təhsil alır.
PİA.AZ-a daxil olan məlumata görə hazırda kollecdə dərslərə 500-550 tələbə gəlir. Yəni faktiki olaraq tələbələrin üçdə iki hissəsi icazəlidir və buna görə direktor Əlihəsən Əliyev maraqlı rüşvət tarifi tətbiq edib. Mənbəninin bildirdiiynə görə direktor hər bir tələbədən
1 həftə icazəyə görə 30 manat;
1 ay icazəyə görə 200 manat;
1 il icazəyə görə isə 2000 manat vəsait alır.
Bundan başqa tələbələr axırıncı dərsdən evə getmək üçün 20 manat, fond pulu üçün isə 30 manat verirlər. Yataqxanada qalmaq üçünsə hər bir tələbə ayda 30 manat verir.
Bundan başqa bildirilir ki, tələbələr pedaqoji təcrübəyə getmirlər və bunun müqabilində 100 manat ödəyirlər ki, bu da məcburidir.
Şikayətçi bildirir ki, qiyabi şöbənin müdiri hər ay qiyabiçiləri kollecə çağıraraq yoxlama yazı işini 20 manat, kurs işinə görə isə 50 manat onlardan pul yığır. Drektor Əlihəsən Əliyev dövlət imtahanlarının qiymətlərini də müəyyənləşdirib. Adi diplom 300 manat, frəqlənmə diplomu 500 manatdır.
Məlumata əsasən müəllimlər tələbələrə dilləri ilə deyir ki, əziyyət çəkib dərs oxumayın, onsuz da direktor sizi imtahandan keçirməyəcək. Bildirilir ki, direktor ixtisas rəhbərlərinə və müəllimlərə dəfələrlə tapşırıb ki, heç bir tələbəyə “şirinlik” olmadan qiymət yazmasınlar. Və bir qayda olaraq imtahan pulunu verməyən tələbələr tələbələr imtahanlardan kəsilirlər. Bu, ənənə halına çevrilib.
Həmçinin göstərilir ki, Astara Pedaqoji Kollecində pedaqoji kadr hazırlığı aşağı səviyyədədir. Tədris olunan ixtisaslarda savadlı müəllimlər azlıq təşkil edir. İbtidai sinif səviyyəsində savadı olmayan insanlar kollecdə müəllim işləyir. Onları direktor nəyinsə müqabilində işə qəbul edib. Qeyd olunur ki, tələbə kontingenti arasında təhsil ocağının rəhbər heyətinə qarşı inamsızlıq var. Tələbələr oxuyub savad almaq istəsələr də, kollecin rəhbərliyi buna imkan vermir. Fənn-tədris kabinetləri istənilən səviyyədə deyil. Kitabxana və kompyuter mərkəzində də vəziyyət eynidir.
Bildirilir ki, sözügedən kollec normal səviyyədə ibtidai sinif müəllimləri yetişdirə bilmədiyi halda, ayrıca xarici dil ixtisasları da açıb. İki il müddətinə ingilis dili müəllimləri hazırlayan təhsil ocağı birmənalı olaraq Azərbaycan təhsil sisteminin qəsdinə dayanıb.
Qeyd edək ki, Astara Pedaqoji Kollecində ətraf rayonlardan olan tələbələr də təhsil alır. Bunların içərisində Astara, Masallı və Biləsuvar rayonundan olan tələbələr daha çox üstünlük təşkil edir. Həmin tələbələr üçünsə Astarada oxumaq ikiqat xərc tələb edir. Çünki onlar həm burda kirayə ev pulu ödəyirlər, həm də imtahanları “yola verməyə məcburdurlar.
Daxil olan məlumatda göstərilir ki, tələbələrdən aldığı pullar hesabına Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri doktoru Əlihəsən Həmzəyev özünə böyük sərvət qazanıb. Əlihəsən Həmzəyevin Astarada dəbdəli İstirahət Pansionu fəaliyyət göstərir və Astarada hamı bilir ki, həmii İstirahət Mərkzi Astara Pedaqoji Kollecinin direktoruna məxsusdur. Dəniz kənarında yerləşən bu istirahət pansionatının uzunluğu isə 1000 metrdir. Həmçinin o da qeyd olunur ki, Əlihəsən Həmzəyevin Bakıda müxtəlif yerlərdə mənzilləri və ticarət obyektləri mövcuddur. Bütün bu sərvətin isə Əlihəsən Həmzəyevin tələbələrdən yığdığı rüşvət hesabına əldə etdiyi iddia olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=5507