Çeçenlər müstəqil olacaq – Hesabat

23.02.2016 - 14:18

kkÇeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “çeçen xilafəti” yaradıb.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın PARNAS Partiyasının liderlərindən biri olan İlya Yaşinin “Milli təhlükəsizliyə təhdidlər” hesabatında yer alıb. Yaşin hesabatda ölkədə yaranacaq ilk destabilizasiya zamanı Çeçenistanın Rusiyanın tərkibindən çıxacağını bildirib:

“Çox az adam son illər Rusiya ərazisində yerli islam dövlətinin formalaşdığını müşahidə edir. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qanunları adı altında bir sıra şəriət normalarını əsas prioritet siyasət kimi reallaşdırır və öz hərbi gücünü artırır. Kadırov bilir ki, onun arxasında şəxsən özünə tabe olan və Putinə qarşı loyallıq nümayiş etdirən döyüşkən çeçen ordusu var. Nə güc strukturları, nə də ki hökumət Kadırovu Rusiya qanunlarına tabe etdirmək səviyyəsində deyil. Kadırov Rusiyanın tərkibindən çıxmaq üçün kifayət qədər resursa sahibdir. Üstəlik, onun regiondakı bir sıra əraziləri işğal edəcəyi də istisna edilmir. Putinin Şimali Qafqaz siyasəti ölkənin cənubunda yeni genişmiqyaslı müharibə riski yaradan dövlətin formalaşmasına şərait yaradıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55092

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728