Kəlbəcərli məmur və "mafiya klub"u sevdası – video

31.03.2014 - 13:31

Kəlbəcərli məmur və “mafiya klub”u sevdası – video

Bir müddət öncə ölkənin müxtəlif KİV-lərində yayımlanan bir video müsahibədə Fərqanə Ələkbərova adlı Kəlbəcər sakini rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun ona müəyyən şərtlər müqabilində saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirdiyi öz əksini tapmışdı. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom aldığından şikayətlənmişd: 
“Mənə Müəllimlər Institutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. Insanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideyinlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi ki, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etməyə imkan vermədi. Beləliklə, Vidadi müəllim imkan vermədi biz ondan şikayət edək”.
Məhəmməd Bağırov barədə daha bir ifşaedici fakt Moderator.az-a daxil olub. Belə ki, adı külli miqdarda korrupsiya və saxta diplom qalmaqalında hallanan sabiq Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun anası Şövkət xanımın adına olan Gəncə şəhərində yerləşən qeyri yaşayış sahəsində “Dədəmin” Çay evi nəzdində “Mafiya Klub” yaradıb. Belə ki, Məhəmməd Bağırov bu mülkü əvvələr icarəyə götürmüş Sadir Ağakişiyevə 30.000 manat verməkdə böhtan atıb.Kəpəz rayon Məhkəməsinə kimi gedib çıxan mülk “razborkası” zamanı məlum olur ki, bu gün lurnalist Ərşad İbrahimovun üzünə şahid kimi duran Əliyev Süleyman Təminxan oğlu həmin işdə də yalandan şahidlik edib. Bu videomaterialda M.Bağırov ətrafında “Pristupniy mir”in adamlarının muzdlu dəstələrlə insanları necə şantaj etməsini açıq aydın görünür. Nəhayət, Kəpəz Rayon Məhkəməsi Sadir Ağakişiyevin xeyrinə qətnamə çıxararaq M.Bağırovun yalandan böhtan atmasını sübuta yetirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5511

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728