Azərbaycanlı oliqarxlar Londonu alır

31.03.2014 - 14:21

Azərbaycanlı oliqarxlar Londonu alır

Azərbaycan, Qazaxıstan və Gürcüstandan olan zənginlər son iki il ərzində Londonda 3 milyard dollarlıq dəbdəbəli mənzil alıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazır.
Bildirilir ki, ərazilərinin bir hissəsi bu yaxınlarda Rusiya tərəfindən zəbt olunan Ukrayna zənginləri də Londonda daşınmaz əmlak alışı üzrə liderlik edirlər. Bu ölkədən olan zənginlər Londonda daşınmaz əmlak almaqda nəhayət Rusiyadan olan zənginləri qabaqlayıblar.
Yeni məlumatlara görə, ukraynalılar Londonda daşınmaz əmlak alan keçmiş sovet bloku ölkələri vətəndaşları arasında liderlik edirlər. Qəzet yazır ki, Ukrayna ilə yanaşı Azərbaycan, Gürcüstan və Qazaxıstan zənginləri də Londonda daşınmaz əmlaka milyardlarla dollar pul xərcləyirlər. Bu üç ölkədən olan zənginlər son iki il ərzində Londonda 2 milyard funt-sterlinq (təxminən 3 milyard dollar) dəyərində daşınmaz əmlak alıblar.
“Beauchamp Estates” adlı daşınmaz əmlak şirkətinin araşdırmalarına görə, ukraynalıların öz pullarını Londonda daşınmaz əmlaka yönəltməsi bu ölkədəki son siyasi gərginliklə bağlıdır. Azərbaycan, Ukrayna və digər keçmiş sovet respublikalarından olan zənginlər əsasən Londonun Mayfair, Rijents-park, Naytsbric, Belqraviya rayonlarında daşınmaz əmlak alırlar. Bu rayonlarda evlərin qiyməti 15 milyon funtdan 60 milyon funta qədər dəyişir.
Qeyd edək ki, Azərbaycanın bütün nazirlərinin, nazir müavinlərinin, əksər deputatların, hətta rayon icra hakimiyyəti başçılarının və polis rəislərinin də Londonda mülkləri var. Onların uşaqları da Dumanlı Albionda bahalı məktəblərdə oxuyur. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5512

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930