Putin "qanuni oğru" elan edildi

31.03.2014 - 14:45

Putin “qanuni oğru” elan edildi 

Rusiyanın “Konflikti i zakonı” (“Münaqişələr və qanunlar”) agentliyi Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqda müəyyən vəzifələrdə işədiyi vaxtlardakı fəaliyyətini araşdırıb
Politika.az xəbər verir ki, agentlik bunun üçün hələ illər öncə Natalya Şulyakovskaya adlı müxbir tərəfindən hazırlanan “KQB polkovniki Piteri dünyaya talan etdirir” adlı məqaləsini dərc edib.
Agentliyin qənaətinə görə, 20 il bundan öncə Putin haqqında sanki “qanuni oğru” təsiri bağışlayan məqalələr dərc olunurdu. Məsələn, Şulyakovskaya yazısında bildirib ki, Leninqrad vilayəti Xarici əlaqələr departamentinin rəhbəri Vladimir Putin xammalın ölkə xaricinə çıxarılması üçün qeyri-qanuni lisenziyalar verir. Bu sənədlər hətta müqavilələr bağlanmamışdan öncə hazırlanırdı.
Şulyakovskaya sözügedən məqaləsinin sonunda Leninqradı 122 milyon dollardan məhrum etdiyinə görə KQB polkovniki Vladimir Putinin xalq qarşısında mütləq cavab verəcəyi barədə fikirlərini əks etirib.
Xatırladaq ki, “Konflikti i zakonı”nın belə arxiv səndlərini təkrar gündəmə gətirməkdə məqsədi Rusiyada rəhbər şəxslərin əksəriyyətinin keçmişinin kriminalla bağlı olduğunu göstərməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930