"Sədərək" və "Binə"yə gedən avtobuslar qiyməti qaldırdı
31.03.2014 - 22:27
“Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında son günlər süni qiymət artımı müşahidə olunur.
“Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında son günlər süni qiymət artımı müşahidə olunur.
Mətbuata bu barədə sərnişinlər məlumat verib. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.
Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.
Süni qiymət artımı ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət edilsə də nazirlikdən məsələ ilə əlaqədar cavab ala bilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=5519