Parisin ilk qadın meri seçilib

31.03.2014 - 22:31

Paris şəhərinin meri ilk dəfə olaraq qadın seçilib. Lakin Anna Hidalqonun mənsub olduğu Sosialist partiyası Fransada yerli bələdiyyələrə seçkilərin ikinci raundunda məğlubiyyətə uğrayıb.
İspaniyada anadan olmuş Ann Hidalqo Fransa paytaxtının meri uğrunda seçkilərdə mühafizəkar partiyanın namizədi üzərində qələbə çalıb.
Hidalqo Paris şəhərinin bundan əvvəlki meri Bertrand Delanonun müavini vəzifəsində çalışıb. Yeni inşaat layihəsinin icrası və parisli ailələr üçün münasib qiymətlər əsasında uşaq bağçalarının açılmasına dair vədləri ona qələbə gətirib.
Siyasi təhlilçilərin çoxu Parisin meri vəzifəsini Fransa prezidentliyi istiqamətində mühüm bir addım kimi qiytməndirir.
Özünün mer seçilməsinə baxmayaraq, Hidalqonun mənsub olduğu Sosialist partiyası Fransanın başqa şəhərlərində yaxşı nəticələr göstərə bilməyib.
Seçkilər Fransada qeyri-populyar prezident Fransua Hollandın hökuməti üçün sınaq kimi qiymətləndirilir.
Seçicilər iqtisadi durumdan və yüksək işsizlik səviyyəsindən narazıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728