Aydın Əliyevlə bağlı gizli araşdırma

01.04.2014 - 01:22

Gömrük Komitəsi ilə bağlı şikayətlərin sayı
o qədərdir ki, hətta bu işi araşdıran rəsmi qurumlar da baş verənlərdən şoka
düşüblər
 

Gömrük Komitəsi ilə bağlı şikayətlərin sayı
o qədərdir ki, hətta bu işi araşdıran rəsmi qurumlar da baş verənlərdən şoka
düşüblər


 

Hakimiyyət
dairələrinin rəsmi təbliğatına rəğmən dövlət qurumlarından əvvəlki dövrlərdə
olduğu kimi, antikorrupsiya tədbirləri çərçivəsində də vətəndaşlar tərəfindən
edilən şikayətlərin sayı-hesabı yoxdur. Bəzi rəsmi dairələr isə ölkə başçısının
tapşırıqlarından sonra şikayətlərin əsasən hansı qurumlardan olduğunu
araşdıraraq, bu məsələləri qruplaşdırmaqla hansı qurumlarda durumun necə olması
barədə nəticə çıxararaq, vəziyyəti yumuşaltmaq üçün qabaqlayıcı tədbirlər
görürlər. Dövlət qurumlarından edilən şikayətləri qruplaşdıran zaman isə aydın
olub ki, vətəndaşlar və mətbuat əsasən Dövlət Gömrük Komitəsindən narazıdır.

Redaksiyamıza
daxil olan məlumatda bildirilir ki, araşdırmaların nəticələrindən bəlli olub
ki, siyahıda Aydın Əliyevin rəhbəri olduğu Dövlət Gömrük Komitəsi digər
qurumları qabaqlayaraq ön sırada dayanır. Bu səbəbdən də Gömrük Komitəsində
yoxlamaların aparılmasına qərar verilib. Bir sıra nazirliklərin də bu siyahıya
uyğun olaraq yoxlanılması iddia olunur. Etibarlı mənbə bildirir ki, yaxın günlərdə
nazirlərin və iri oliqarx məmurların biri uzun illər ərzində tutduğu postla
vidalaşmalı olacaq.

Mənbə
bildirir ki, ölkəyə idxal olunan və ölkədən ixrac edilən mallara nəzarət edərək
onlardan dəfələrlə dövlət rüsumundan əlavə “rüsum” alan Dövlət Gömrük
Komitəsi ilə bağlı şikayətlərin sayı o qədərdir ki, hətta bu işi araşdıran
rəsmi qurumlar da baş verənlərdən şoka düşüblər. İdxal və ixrac olunan mallara
qoyulan rüsumun başqa bir tərəfi də aşkarlanıb ki, bu da büdcəyə daxil olan
vəsaitlə ziddiyyət təşkil edir. Belə ki, dövlət büdcəsinə komitədən daxil olan
vəsaitin həcmi ilə edilən şikayətlərdə göstərilən məbləğlər arasında ciddi
fərqlərin də yarandığını görən dövlət qurumları Gömrük Komitəsinin təcili
yoxlanılmasına qərar veriblər. Məlumatlı mənbə hesab edir ki, bu yoxlamalar
Aydın Əliyevin fəaliyyətinə təsirsiz ötüşməyəcək. Çünki aparılacaq yoxlamalar
ortada itən böyük pulların müəyyən edilməsi üçün nəzərdə tutulub. İkinci bir
məsələ isə odur ki, komitə ilə bağlı olunan şikayətlərin də nə qədər haqlı olub-olmadığı
dəqiqləşdiriləcək.

Bildirilir
ki, əgər bu qurumda yoxlama aparılarsa, o zaman komitənin rəhbəri Aydın
Əliyevin durumu ürəkaçan olmayacaq. Çünki ortada həqiqətən də, böyük fərqlər
var və bununla bərabər komitədə bir sıra əməliyyatların da üstü açıla bilər.
Avtonəqliyyat Gömrük İdarəsində də korrupsiya və rüşvətxorluq hallarının
yaşandığını deyən mənbə hesab edir ki, qurumda ciddi narahatçılıq məhz
aparılacaq yoxlamalarla bağlıdır. Ölkəyə gətirilən avtomobillərə görə,
vətəndaşlardan alınan rüşvətin üstünün açıldığını deyən mənbə bildirir ki, baş
verənlər Aydın Əliyevi və Avtonəqliyyat Gömrük İdarəsinin rəisini ciddi narahat
edir.

Yayılan
xəbərlərdə bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hələ ki,
gözləmə mövqeyində dayanmağa üstünlük verir. Lakin yoxlama başlayan kimi, onun
bir sıra tədbirlər görəcəyi də istisna edilmir. O da bildirilir ki, Aydın
Əliyev bu yoxlama məsələsindən ciddi narahatdır və baş verənlər fonunda
aqibətinin pis nəticələrlə üzləşəcəyindən çox ehtiyat edir.

Elçin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930