Sumqayıt Məhkəməsinin sədrinə qarşı kredit fırıldağı ittihamı

01.04.2014 - 01:25

 Zeyqəm Hüseynov bank borclularının işini
necə bağlayır? 

Zeyqəm Hüseynov bank borclularının işini
necə bağlayır?


 

Ölkədə
banklardan kredit götürərək, qaytara bilməyən vətəndaşların əksəriyyəti
məhkəməyə verilərək, bu şəkildə aldığı krediti qaytarmağa məcbur edir. Qanunla
heç bir pozuntuya yol verilməyən bu prosesdən pul qazanmaq istəyənlər heç də az
deyil. Xüsusən də məhkəmə sədrləri. Hər halda, bu gün Mərkəzi Bank ölkədəki
banklara problemli kreditlərin çoxluğu səbəbindən müəyyən qadağalar tətbiq
edib. Bu da çıxış yolu hesab olunmur. Amma bu qərarın bir çoxlarının büdcəsinə
ciddi ziyan vurduğu faktiki olaraq ortadadır. Xüsusən də qeyd etdiyimiz
dairələrə…

Sumqayıt
Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov bu işdən pul qazanmaq üçün geniş
istifadə etməyə çalışır. Bu barədə “Yeni Cumhuriyyət”ə müraciət edən Sumqayıt
sakinləri bildirir. Çünki Sumqayıtda aldıqları krediti geri qaytara
bilməyənlərin sayı çoxdur və onlarla bağlı məhkəmədə də bir xeyli işə baxılır.
Məlumatı verən şəxs bildirir ki, banklarla anlaşan Z.Hüseynov onlarla əlbir
şəkildə vətəndaşları krediti geri qaytarmağa məcbur edirlər. Məsələn, əvvəlcə
problemli kreditin sahibini dəvət edən məhkəmənin sədri onunla danışıb, işi
“dinc şəkildə” yoluna qoymağa çalışır. Əgər krediti alan şəxs onu ödəməyə
razılıq verərsə, işə birbaşa şəhər məhkəməsinin icraçıları qoşulurlar. Əks
təqdirdə isə hədə-qorxu kampaniyası başlayır. Üstəlik, hər 10 dəqiqədən bir
vətəndaşa telefon zəngləri edilir.

Məlumatı
verən şəxs bildirir ki, Z.Hüseynov krediti ödəmək istəyən şəxsin işini
“yüngülləşdirmək” üçün ona müxtəlif təkliflər verir. Bu təkliflər isə kreditin
ödənilməyən hissəsinin həcminə bağlıdır. Həmçinin burada bankın əlavə
faizlərinin çıxılması da təklif kimi səsləndirilir. Halbuki qanunla kreditin
ödənilməyən hissəsi geri verilməlidir və bankın əlavə etdiyi faizin ödənilməsi
şərt deyil. Amma Sumqayıt Şəhər Məhkəməsinin sədri həmin faizin 20 faizi
müqabilində işi “bağlayır”.

İşin
ən qəribə tərəfi odur ki, pul alveri məsələsinə sədr qarışmır. Bu işə o, özünün
ən yaxın adamı olan və məhkəmənin icraçısını cəlb edir. Nəticədə, krediti
ödəməyən vətəndaş ya bezdirilir, ya da məcbur edilir ki, həmin pulu
versin.  Qeyd edək ki, məsələ ilə bağlı
apardığımız araşdırmalar zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb. Yaxın
günlərdə onları oxuculara təqdim edəcəyik.

Vaqif
Həsənov


Short URL: http://www.cumhuriyyet.net/?p=5526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031