ABŞ-dan Ankraya: "Pensilvaniyadakı cənabı unudun"

01.04.2014 - 10:44

ABŞ-dan Ankraya: “Pensilvaniyadakı cənabı unudun”

“Twitter”i qadağan etməyin, fərqli düşünənlərə təzyiq göstərməyin bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur”
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf göndəlik mətbuat konfransında Türkiyədə hökumət və Fətullah Gülən camaatı arasında yaşanan çəkişmələrlə bağlı sualları cavablandırıb. Harf sanki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fətullah Güləni tənqid edərkən tez-tez “Pensilvaniya”, “Pensilvaniyada yaşayan adam” ibarələrindən istifadə etməsinə cavab verirmiş kimi, hansısa Türkiyə vətəndaşının harada yaşamasının ölkə daxilindəki neqativlərə aidiyyatı olmadığını deyib. Xatırladaq ki, Ərdoğan ötən gün AKP-nin bələdiyyə seçkisindəki qələbəsi münasibətilə etdiyi “balkon çıxışında” da Gülənin ünvanına “Pensilvaniya” deyə bir neçə dəfə xitab etdi və sərt mesajlar səsləndirdi. 
ABŞ Dövlət Departamentinin sözçüsü isə suallara cavab olaraq bunları deyib:
“Bu cənab Pensilvaniyada yaşasın, ya yaşamasın – Türkiyə hökumətinin “Twitter”i qadağan etməsi doğru deyil. Türkiyə hökumətinin onun kimi düşünməyənlərə təzyiq göstərməsi doğru deyil. Bu cür halların bir Türkiyə vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur. Açıq danışaq, Türkiyə NATO-nun yaxın müttəfiqidir. Biz hər zaman hər mövzuda anlaşa bilirik, amma heç zaman hər kəslə hər mövzuda anlaşmırıq. Buna görə də Pensilvaniyada yaşayan bəyəfəndini unudun. 
Türkiyə hökuməti ilə müttəfiqik. Anlaşılmazlıq yaşadığımız zaman bunu ifadə edərik. Eyni fikirdə olduğumuz zaman da bunu dilə gətiririk. Hökumətləri ilə bağlı qərar vermək birmənalı şəkildə türk xalqına aid məsələdir. Bunun üzərində bizim hər hansı təsirimizin olduğuna yönəlik bütün xəbərlər axmaqlıqdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930