Masallıda gübrə maxinasıyası

01.04.2014 - 11:17

Masallıda gübrə maxinasıyası

Fermerlərə güzəştli şərtlərlə satılmalı olan gübrə “qara bazar”a çıxarılıb
Son aylar mətbuatın gündəminən düşməyən Masallı rayonundan bölgə müxbirimiz Toğrul Məhərrəmov infom .az-a maraqlı məlumat göndərib.
Məlumatda bilrirlir ki, Masallıda kənd təsərrüfatı istehsalçılarına dövlət hesabına güzəştli şərtlərlə verilməli olan azot gübrəsi anbarlarda yığılıb qalıb. “Aqrolizinq” ASC-nin Masallı rayon filialının direktoru Eldar Hüseynov fermerlərə çatdırılmalı olan gübrənin 1 tonunu 280 manta (50 kq-lıq kisəni 14 manata) dəllallara satır.
Sənədlərə inansaq, azot gübrəsinin 1 tonunun “Aqrolizinq”də satış qiyməti 384 manatdır. Onun 50%-i, başqa sözlə, 192 manatı büdcədən ödənilir. Deməli, gübrənin 1 tonu faktiki olaraq 192 manata düşür. Amma burada məqsədli şəkildə elə birokratik əngəl var ki, onu bu qiymətə almaq da çoxlarına sərf etmir.
Fermerlər deyir ki, “Aqrolizinq”də hər 50 kq-lıq kisəyə əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün adamlar o qədər “get-gəl”ə salınır ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyətdən istifadə edən lizinq rəhbərliyi işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür.
Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edir (bu zaman məhsulun qiyməti üzərinə satış nöqtələrinin sahibləri də əlavələr edirlər). “Qara bazar”da məhsul ona görə real qiymətindən aşağı satıla bilir ki, 192 manat dövlətdən əlavə pay almaq mümkün olur.
Bu işlərdə əsas oyunçülar yerli icra nümayəndələri və bələdiyyələrdir. Yəni anbardan çıxarılan gübrənin həcminə uyğun olaraq onların köməyi ilə saxta sənədlər tərtib edilir. Axı bu şəxslər güzəştli şərtlərlə gübrə və subsidiyaların verilməsi ilə bağlı yerli komissiyalarda təmsil olunur, əllərində məhsul yetişdirənlərin dövlət aktlarının surəti olur.
Rayonun yaşayış məntəqələri üzrə əsas kənd təsərrüfatı bitkiləri olaraq buğda, arpa, noxud, kartof, kələm, pomidor, xiyar, bibər, badımcan, soğan, sarımsaq, limon, mandarin, feyxoa əkilir. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin  sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə “Aqrolizinq”lə yerli icra namayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür.
Məluat üçün qeyd edək ki, MР°sР°llı rР°yРѕnunun ümumi ərР°zisi 72 097 hекtР°r, məhsuldar torpaqların ümumi sahəsi isə 32 571 hektardır. Sənədlərdə kənd təsərrüfatına yararsız torpaqlar sahəsi kimi göstərilən 22 863 ha ərazi də elə müxtəlif işbazlar tərfindən istifadədir. Heyvandarlıq üçün nəzərdə tutulan 3 893 ha otlaq sahəsinin yarıdan çoxu da təyinatından kənar istifadə olunur. Hazırda sənədə düşən əkilmiş torpaq sahəsi isə 24 998 ha-dır. Bundan başqa, daha 1 433 ha ərazini meyvə bağları tutur.
Mövzu ilə bağlı əkin-biçin adamlarından alınmış müsahibələri, əkin sahələrindən və azot gübrəsinin satıldığı “qara bazar”dan hazırlanmış videomaterialı yaxın zamanlarda təqdim edəcəyik
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930