Obama Ukraynaya hərbi kömək əvəzinə "suxoy payok" göndərdi

01.04.2014 - 12:46

Obama Ukraynaya hərbi kömək əvəzinə “suxoy payok” göndərdi

ABŞ-ın Ukraynaya vəd etdiyi səs-küylü yardımlar hələlik “suxoy payok”dan ibarətdir.
Virtualaz.org xəbər verir ki, diribaş ukraynalılar Amerikanın bu köməyindən qazanmağın yollarını tapıblar və internetdə Birləşmiş Ştatların göndərdiyi “suxoy payok”ları satışa çıxarıblar.  Bu köməyin Ukraynaya ABŞ tərəfindən hərbi yardım kimi göndərildiyi bildirilir.
Martın ortalarında Rusiyanın Krımı ələ keçirdiyi bir vaxtda Ukraynanın müvəqqəti hökuməti təcili ABŞ-a müraciət edərək silah və döyüş sursatı, kəşfiyyat vasitələri, rabitə avadanlıqları və aviasiya yanacağı xahiş edib. Lakin amerikalılar “ölüm daşıyan hərbi yardım” göstərmək niyyətində olmadıqlarını  bildiriblər. Bununla belə Ukraynanın müvəqqəti baş naziri Arseni Yasenyuku Ağ Evdə qəbul edən Barak Obama demişdi: “Əmin olun, sizə güclü dəstəyimiz olacaq”. Və Amerika prezidenti orduya Ukraynaya 300 min “suxoy payok” göndərmək barədə tapşırıq verib.
Xəbərlərə görə, bu yardımın sonuncu partiyası Ukraynaya martın 29-da daxil olub. Söhbət Amerika ordusunun səhra şəraitində yemək kimi istifadə etdiyi 25 min qutu hazır yemək payından gedir. Qutularda 330 min yemək komplekti olub. Ukrayna Müdafiə Nazirliyi bu yardımı hərbi hissələrə paylayacağını açıqlayıb. Lakin cəmi bir neçə gün sonra bu yardımın internetdə satışı başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=5540

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728