Timoşenko dövlətin milyonlarını harada gizlədib?

01.04.2014 - 13:39

Timoşenko dövlətin milyonlarını harada gizlədib? Timoşenko dövlətin milyonlarını harada gizlədib? Timoşenko dövlətin milyonlarını harada gizlədib? London hüquqşünasları Britaniya banklarında Yuliya Timoşenko və ailəsinə məxsus milyonlarla pulu üzə çıxarıblar.   “Axar.az” xəbər verir ki, yoxlama 90-cı illərin ortasında yoxa çıxan Ukrayna büdcəsinə məxsus 200 milyon dolların axtarışı çərçivəsində aparılıb.   Çirkli pullar həmçinin, İsveçrə və ABŞ banklarında da aşkarlanıb.   Yuliya Timoşenkonun maliyyə hesablarını yoxlayan “Lawrence Graham” adlı hüquq şirkəti axtarışa hələ ötən ilin martında Ukrayna hökumətinin tapşırığı ilə başlamışdı.   Pullar 90-cı illərin ortalarında Timoşenkonun “Ukraynanın Vahid Energetika Sistemi” şirkətinə rəhbərlik etdiyi vaxt yoxa çıxıb. Bu struktur rus qazının idxalı üzərindəki inhisarı həyata keçirmək hüququ qazandı. Məhz buna görə, Timoşenko o vaxt “qaz kraliçası” adını almışdı. Ukrayna büdcəsindən də milyonlarla dollar həmin ərəfədə yoxa çıxdığı bildirilir.   Britaniyalı hüquqşünaslar 26 ölkədə 300 bank hesablarında araşdırma aparıblar. Məlum olub ki, Timoşenko və onun ailəsinə məxsus çoxlu bank hesabı mövcuddur. Onlardan 13-ü hələ də fəaliyyətdədir. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5541

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930