Tərtərdə əhalinin tibbi müayinəsi ruh yüksəkliyi ilə davam etdirilir

23.02.2016 - 10:52

rrAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səhiyyə Nazirliyi tərəfindən fevral ayının 15-dən may ayının 2-dək əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Bununla əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Bu günədək ümumilikdə 5614 nəfər tibbi müayinədən keçmiş, onlardan 426 nəfər ambulator, 7 nəfər stasionar müalicəyə cəlb olunmuş və 1 nəfər isə müalicə üçün Bakı şəhərinə yollanmışdır. 14 təşkilatda tibbi müayinə başa çatmışdır.  Fevral ayından başlanan tibbi müayinə may ayının 2-dək davam edəcəkdir. Ümumilikdə tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 57343 nəfərin keçməsi nəzərdə tutulmuşdur.

Respublika Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığını cəbhə bölgəsində yaşayan tərtərlilər minnətdarlıqla qarşılamışlar və dövlət başçısına öz təşəkkürlərini bildirmişlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=55421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031