Gəncə təhsili: reallıq və həqiqətlər

31.03.2014 - 11:20

Son
günlər
Gəncə Şəhər Təhsil İdarəsi haqda bəzi internet portallarında məlumatlar yayılır. Bu
məlumatlarda Maliyyə Nazirliyi tərəfində sözügedən qurumda guya yoxlamalar
aparıldığı və Təhsil İdarəsinin müdiri Zakir Hüseynovla bağlı xoşagəlməz
xəbərlər yer alır. Məsələyə aydınlıq gətirmək üçün jurnalist araşdırması
apardıq. Apardığımız araşdırmalar zamanı Gəncə Şəhər Təhsil İdarəsində heç bir
yoxlama aparılmadığı və ümumiyyətlə bu qurumla bağlı maliyyə pozuntuları haqda
hər hansı məlumatların olmadığı ortaya çıxdı. Bir sözlə yayılan xəbərlər
dezinformasiya və böhtan xarakteri daşıyır.

Araşdırmalarımız
zamanı Gəncə Şəhər Təhsil İdarəsindəki real durum haqda da bəzi məlumatlar əldə
etdik. İlk olaraq onu bildirək ki, İdarənin rəhbəri Zakir Hüseynov 2012-ci ilin
mart ayında bu vəzifəyə təyin olunub və bundan sonra şəhərin təhsil həyatında
ciddi irəliləyiş baş verib. Fikrimizin təsdiqi üçün tək bir fakta diqqət
yetirmək kifayətdir. Ötən dərs ili Gəncə təhsili üçün uğurlu olmuşdur. Belə
ki,  bu tədris ilində məktəblərin XI
siniflərini bitirən 2563 nəfər şagirdin hamısı tam orta təhsil haqqında
attestat alıblar.  Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının statistik məlumatına əsasən, 2012-2013-cü tədris ilinin
məzunlarından 1981 nəfər ali məktəblərə sənəd təqdim etmişdir. Onların 895
nəfəri respublikamızın ali məktəblərinə qəbul olunmuşdur. Ötən  il isə bu rəqəm 846 nəfər olub. 68 nəfər Xarici
ölkələrin  Rusiya, Türkiyə, ABŞ,
Gürcüstan və başqa ölkələrin ali məktəblərinə qəbul olublar. Ümumilikdə, Gəncə
şəhəri üzrə ali məktəblərə qəbul olanlar 963 nəfər, yəni 48,61 % təşkil edirki
bu da respublika səviyyəsində çox yüksək göstərici sayılır. XI sinif təhsil
bazasından yəni, 106 nəfər abituriyent orta ixtisas təhsil müəssisələrinə qəbul
olmuşlar. 1981 nəfər abituriyentin 1069 nəfəri, ali və orta ixtisas
məktəblərinə, 32 nəfər isə xüsusi təyinatlı Ali Hərbi Məktəblərə qəbul
olunublar.  Ali məktəblərə qəbul
olanların 141 nəfəri 500-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri isə
600-dən yuxarı nəticələr göstəriblər. 17 nəfərin 650-dən yuxarı bal toplaması
isə bizi daha çox sevindirir. Ötən il ali məktəblərə qəbul olunanların 141 nəfəri 500-dən yuxarı bal toplamış, onlardan 40 nəfəri isə 600-dən yuxarı
nəticələr göstəriblər. Bütün bunlar məhz Z.Hüseynovun qısa müddət ərzində Gəncə
təhsilində gördüyü uğurlu fəaliyyətin nəticəsi sayılmalıdır.

2013-2014-cü
il tələbə qəbulu imtahanlarında ümumi respublika üzrə 1617 abituriyent 600-dən
çox bal toplayıb, 6 nəfər 700 bal yığıb. Bu abituriyentlər içərisində 102
tələbə prezident təqaüdünə layiq görülüb ki, bunlardan 2 nəfəri Gəncədəndir. Son
qəbul imtahanlarında statistik göstəricilərin Qərb regionu üzrə təhlili
vəziyyətin qənaətbəxş səviyyədə olduğunu göstərir. Bunda tələbələrlə yanaşı,
pedaqoji heyətin də uğurları çoxdur. Belə ki, imtahanlarda nəzarətçi kimi
iştirak edən Gəncədən olan müəllimlərdən 25-ə təşəkkürnamə, 3 pedaqoqa isə
fəxri fərman verilib. Üstəlik test suallarının hazırlanmasında yerli
mütəxəssislərin əməyi komissiya tərəfindən yüksək qiymətləndirilib.

Ümumiyyətlə
Gəncə Şəhər Təhsil İdarəsinin fəliyyəti geniş və çoxşaxəlidir. Bu tədris ilində
görülən bir çox tədbirlərə nəzər salaq. Təhsilin keyfiyyətini artırmaq məqsədi
ilə şəhərdə müntəzəm olaraq kurikulum kurslarına aparılır və bu təlimlərə ölkənin
müxtəlif bölgələrindən metodist, pedaqoq və məktəb direktorları qatılırlar. Kurslar
orta məktəb bazasında tədris olunan bütün fənləri əhatə edir.

Ötən ilin sonlarəndə Gəncədə  Xəmsə” milli intellektualbilik yarışması keçirilib. 13 komandanın iştirak etdiyi yarışmada 50 nəfərədək tələbə özünün bilik və dünyagörüşünü nümayiş etdirib.Yüksək intellektə vəanalitik qabiliyyətə malik gənclərin üzə
çıxarılması məqsədi daşıyan yarış üçün suallar hazırlanarkən əsas diqqət məntiqi təfəkkürün inkişafına yönəldilib. Əldə edilən nəticələrə əsasən demək olar ki, müasir gənclər öyrənməyə, bilik səviyyələrini artırmağa çox meyllidirlər.

Bütün
bu faktlar Gəncədə təhsilin inkişaf və tərəqqi yolunda olduğunu göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031