Jirinovski yenə meydanda: "Vecimizə deyil, Qarabağı da Rusiyaya birləşdirəcəyik"

01.04.2014 - 17:02
Jirinovski yenə meydanda: “Vecimizə deyil, Qarabağı da Rusiyaya birləşdirəcəyik”

Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski yenidən Qarabağın Rusiyaya birləşdirilməsi planından danışıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski Dövlət Dumasında jurnalistlərə verdiyi açıqlamada ABŞ və Qərbin Rusiyanı sanksiyalarla hədələməsinin mənasız olduğunu, bu sanksiyaların əslində onların özlərinə zərbə vuracağını deyib.
“Sanksiyalar bizim yalnız xeyrimizədir. Çünki öz ödəmə sistemimizi yaradacağıq, sənayemizə daha çox diqqət ayıracağıq. Ona görə də mümkün sanksiyaların heç bir minusu yoxdur. Sanksiyalar onları daha tez vuracaq. Onların yerini başqa təchizatçılar, satıcılar tutacaq, biz də öz mallarımıza başqa yerdə alıcı tapacağıq. Yəni ABŞ və Avropa İttifaqı sanksiyalar tətbiq etsə, bundan yalnız uduzacaq” – deyə Jirinovski bildirib.
LDPR lideri onu da deyib ki, muxtar respublikaların vaxtilə SSRİ-inin tərkibində qalmaq hüququ var idi: “Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik. Dnestryanı bölgəni də qəbul edəcəyik. Onların ittifaq respublikalarının tərkibində yerləşməsi qanunsuz idi. Çünki SSRİ-dən çıxmaq haqda qanuna görə, SSRİ-dən çıxmaq istəyən respublikaların tərkibinə daxil olan muxtar respublikalar ittifaqın tərkibində qalmaq hüququna malik idi”.
Xatırladaq ki, Rusiyanın Krımı ələ keçirməsindən sonra Jirinovski artıq ikinci dəfədir Qarabağın Rusiyaya birləşdiriləcəyini deyir. Əvvəlcə o, Rusiya radiosunda çıxışında bildirdi ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdir.
Yada salaq ki, Qarabağın Gülüstan sülh müqaviləsinə əsaslanıb Rusiyaya birləşdirilməsi çağırışı ilə ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu olan bədnam yazıçı Zori Balayan prezident Vladimir Putinə yazdığı açıq məktubda çıxış etmişdi.
Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ideya yenidən gündəmə gətirilib və Ermənistanda ciddi narahatlığa səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=5548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31