Benzinin bahalaşma xəbəri yayıldı

02.04.2014 - 10:24

Benzinin bahalaşma xəbəri yayıldı

Aprelin 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Bu barədə məlumatı Deyerler.org saytı yayıb. 
Məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.
 
Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.
 
Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi dünəndən qüvvəyə minib.
Lent.az-ın məlumatına görə, ölkədə enerji daşıyıcılarının, həmçinin benzinin qiymətinin artması ilə bağlı qərarlar Tarif Şurasında qəbul olunur.
 
Tarif Şurasının saytında bu barədə hər hansı məlumat yerləşdirilməyib. Eyni zamandan bu Şuradan mediaya da belə bir məlumatın əks olunduğu press reliz göndərilməyib.
 
Lakin aprelin 1-dən etibarən Aİ-98 markalı avtomobil benziniylə yanaşı, Aİ-95 markalı benzinin də ölkəyə idxal olunacağı bildirilmişdi.
 
“APA-Economics”in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
 
R. Həsənov qeyd edib ki, aprelin 1-dən ölkədə Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq. Eyni zamanda R. Həsənov əlavə edib: ” Lakin bu, heç bir qiymət artımına səbəb olmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5554

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930