Fətullah Gülənin Rusiyadakı canlı "bombaları"

02.04.2014 - 10:35

Fətullah Gülənin Rusiyadakı canlı “bombaları”

Gülənin qeyri-rəsmi xüsusi xidmət orqanında çalışan azərbaycanlılar kimlərdir?
Bu gün dünya mətbuatında Fətullah Gülən və nurçuların fəaliyyətinə dair çeşidli məlumatlara rast gəlmək olar. Bu xüsusda Rusiya mətbuatında yer alan meteriallar da az maraqlı deyil. Məsələn Rusiya Strateji Araşdırmalar İnstitutunun Dini-Etnik Tədqiqatlar Mərkəzinin rəhbəri Rais Suleymanovun bir müddət əvvəl verdiyi müsahibədə Fətullahçıların Rusiyadakı fəaliyyətinə dair xeyli diqqətçəkən məqamlar var.PİA.AZ  Qafqazinfo-ya istinadən müsahibədən parçaları təqdim edir.
Fətullahçıların əsasən Tatarıstan Respublikasındakı fəlaiyyətindən danışan R.Suleymanov əvvəlcə Fətullah Gülən səltənətinin inkişaf mərhələsindən söz açıb və qeyd edib ki, nurçuların çiçəklənmə dönəmi Sovetlər Birliyi dağılandan sonra başlayıb: “SSRİ-nin dağılması ilə fətullahçıların qarşısında böyük bir məkan açıldı. Onlar da bu fürsətdən ustalıqla istifadə edərək böyük bir şəbəkə qura bildilər. Gülən camaatının nəzarətində olan kommersiya qurumları, tikinti şirkətləri və təhsil ocaqları qısa bir zamanda keçmiş Sovet respublikalarına ayaq açdılar və bu məkanın hesabına böyük pullar qazana bildilər”.
Gülənin gənclərə yatırdığı kapital
R.Suleymanov daha sonra fətullahçıların Ruisyadakı dayaq nöqtələrindən danışıb. Onun sözlərinə görə,  Gülən “əsgərləri” Ruisyada əsasən bu ölkəyə təhsil almağa gələn Azərbaycan , Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gəncləri arasında təbliğat işləri aparır,  onların içindən daha ağıllılarını seçirlər: “Onlarla “maaarifləndirici” söhbətlər aparırlar və beləliklə də, həmin ağıllı gənclər tamamilə “verbovka” olunmuş vəziyyətdə Fətullah Gülən ideyalarına xidmət etməyə başlayırlar.  Bilirsiniz, gənclərlə onların vətənindən kənarda iş aparmaq daha effektli olur. Valideynləri, dost-tanışları onların yanından olmur. Fətullahçılar belə gəncləri daha rahat şəkildə özlərinən birinə çevirə bilirlər. Həmin cavanlar təhsildən sonra harada işləyirlər işləsinlər götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Qeyd etdiyim ölkələrdən Rusiyaya təhsil almağa gələn gənclərin buradakı xərcləri fətullahçılar tərəfindən qarşılanır. Onlara ev tuturlar, təhsilhaqqı verir və üstəlik təqaüd ayırırlar. Sözsüz ki, bütün bunlar fətullahçıların yatırdığı kapitaldır ki, həmin cavanlar sonradan öz fəaliyyətlərilə Gülən hocanın “etmadını” doğrultmağa çalışırlar. Əgər onlar biznes sahəsində çalışacaqlarsa, deməli, sektanın payını ayırmalıdırlar. Öz ölkələrinin rəsmi qurumlarında hansısa vəzifə tutacaqlarsa, bu halda  Fətullah Gülənin maraqlarına uyğun fəaliyyət göstrərməlidirlər. Araşdırmalar göstərir ki, fətullahçılar Rusiyada təhsil alanların arasından seçdikləri gəncləri sonradan Türkiyəyə göndərir və orada onlara daha yüksək biliklər verirlər. Ümumiyyətlə, Gülən məktəblərində yüksək təhsil verilir və bu məktəbləri bitirən gənclər adətən çox yaxşı vəzifələrdə çalışırlar”.
“Verbovka olunmuş gəncləri xüsusi evlərdə saxlayırlar”
Mərkəz rəhbəri fətullahçıların Moskvaətrafı ərazilərdə seçdikləri tələbələr üçün kotejlər tikdirdiklərini də deyib: “Bu evlərdə adətən verbovka olynmuş tələbələr yaşayır. Gəncləri bir yerdə məskunlaşdırmaqla onları nəzarət altında saxlamaq daha asan olur. Bu gəncləri missionerlik fəaliyyəti üçün dünyanın istənilən ölkəsinə də göndərə bilərlər. Özü də uzun müddətə. Olur ki, Afrikaya da göndərirlər. Amma əsasən MDB ölkələri seçilir. Lakin gənclər arasında elələri də tapılır ki, hansı yolda olduğunu sonradan dərk edir və çıxış yolunu sektadan qaçmaqda  görür. Bizdə belə faktlar var. Hətta Türkiyədə təhsil alanlar arasında da qaçanlar olur. Bizə məlumdur ki, fətullahçıların maliyyəsilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdən biri diplomunu alan kimi uzun müddətə MDB ölkələrindən birinə göndəriləcəyini öyrənib. Həmin gənc bununla razılaşmayaraq sektanı tərk etmək və başqa ölkəyə qaçmaq qərarına gəlib. Özü də bu cavanlar sektada olduqları müddət və oradakı fəaliyyətləri barədə danışmaq istəmirlər. Danışsalar da bu ancaq anonimliyi qorumaq şərtilə olur. Güləndən qorxurlar. Sektadan qaçanlar sonradan Gülən camaatının boykotu ilə qarşılaşırlar və elə situasiya ilə qarşılaşırlar ki, özlərini ətraf mühitdən təcrid olunmuş vəziyyətdə hiss edirlər”. 
Fətullah Gülənin xüsusi xidmət orqanı…
R.Suleymanovun müsahibəsindəki digər diqqətçəkən məqam isə Fətullah Gülənin “döyüş” qüvvəsilə bağlıdır. Onun sözlərinə görə, Gülənin qeyri-rəsmi xüsusi xidmət orqanı da fəaliyyət göstərir: “Bu xidmətin əməkdaşları heç də təkcə Türkiyə vətədaşlarından ibarət deyil. Bu sıralarda Türkiyənin polis orqanlarında çalışan və ya çalışmış insanlarla yanaşı Azərbaycanın və Orta Asiya ölkələrinin xüsusi xidmət orqanlarınn keçmiş əməkdaşları da var. Ehtiyac yarandıqda isə Gülənin xüsusi xidmət orqanına digər ölkələrdən də qüvvələr cəlb olunur”.
Müsahibədə eyni zamanda “Dialoq Avrasiya” Platformasının Rusiya və MDB ölkələrindəki fəaliyyətindən də söz açılır. 
Qeyd edək ki, “Nurçuların” Rusiya Federasiyasındakı fəaliyyətinə 2008-ci ildə rəsmən qadağa qoyulub, onların bu ölkədə təhsil ocaqları yaratmasına imkan verilməyib. Bu barədə qərar Rusiya Baş Prukurorluğunun müraciəti əsasında Ali Məhkəmə tərəfindən çıxarılıb. Buna baxmayaraq Gülən tərəfdarları Ruisyanın xüsusən tatarlar məskunlaşdığı ərazilərində gizli təbliğat işləri aparmağa çalışırlar. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5555

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930