Avtoş məmur övladlarının qurbanları – İnfoqrafika

02.04.2014 - 11:48

Avtoş məmur övladlarının qurbanları – İnfoqrafika

Son üç ildə baş verən, əsasən məmur övladlarının avtoşuq macəralarına aid araşdırmanı və infoqrafikanı təqdim edirik.
1. Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğlu, 26 yaşlı Bəhram Əliyev “Mercedes Galandewagen” markalı avtomobillə 45 yaşlı kişini vurub. Zərərçəkən hadisə yerində ölüb, günahkar isə cəzasız qalıb.
2. “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu “Mercedes Galandewagen” markalı avtomobillə avtoşluq edərkən Kamazla toqquşub. Zərərçəkən yüngül xəsarət alıb.
3. Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu, 16 yaşlı Sadıqzadə Rahim “Hyundai Santafe” markalı avtomobillə 65 yaşlı qadını vurub öldürüb. Zərərçəkən hadisə yerində keçinib, günahkar isə cəzasız qalıb.
4. Deputat Aydın Mirzəzadə və Elman Məmmədovun olduğu avtomobil qəza törədib. Nəticədə 55 yaşlı Bakı sakini hadisə yerində keçinib. Cinayəti törədən isə cəzasız qalıb.
5. Quba oliqarxlarından biri, UPF təşkilatının sülhməramlı səfiri Abbas Zeynalovun oğlu, 19 yaşlı Əbil Zeynalov “Mercedes Galandewagen” markalı avtomobillə 13 yaşlı qızı vurub öldürüb. Günahkar isə yenə də cəzasız qalıb.
6. Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov “Mercedes Galandewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açıb. Hadisəni törədən şəxs cəzasız qalıb.
7. Tərtər rayonu icra başçısının müavini Vidadi Bəylərovun 15 yaşlı oğlu Elxan Beylərli bir gənclə avtoxuliqanlıq edərkən gəncin maşını aşıb və həlak olub. Atası vəzifəsindən çıxarılıb. Günahkar isə cəzasız qalıb.
8. Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğlu “Mercedes Galandewagen” markalı avtomobillə aftoşluq edərkən qəza törədib və nəticədə sürücülər xəsarət alıblar.
9. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu, 38 yaşlı Xalid Mədətov “Mercedes Galandewagen” markalı avtomobillə Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olub. Atası vəzifədən kənarlaşdırılıb, oğul həbs olunub. (politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5558

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930