Hacı İbrahimin 200 milyardlıq "Khazar İslands" layihəsi batır
02.04.2014 - 12:38
Hacı İbrahimin 200 milyardlıq “Khazar İslands” layihəsi batır

Khazar İslands” layihəsinin xarici investorları Hacı İbrahim İbrahimlini məhkəməyə verməyə hazırlaşır; Hacı İbrahim layihəninin iflasına görə niyə nəqliyyat naziri Ziya Məmmədovu günahlandırır; Hacı İbrahimin qardaşı Nazim İbrahimovla doğurdanmı prolemi var?..
Qalmaqallı və ölkəninin ən böyük layihələrindən biri olan “Khazar İslands” layihəsi iflas edir. Artıq layihəninin xarici investorları Hacı İbrahimdən hesab sormağa başlayıblar.
Bu barədə daxil olan məlumatda bildirilir ki, “Avesta” sirkətlər qrupunun rəhbəri Hacı İbrahimin Xəzər dənizində modern şəhər inşa etməyi planladığı “Khazar İslands” layihəsində işlər dayandırılmaq ərəfəsindədir. Buna səbəb isə investorların layihəyə yatırdıqları milyardlarla dollar sərmayənin müqabilində çox cüzi işlərin həyata keçirilməsidir. Artıq bununla bağlı xarici investorlar Hacı İbrahimdən hesab sormağa başayıblar. Qeyd edək ki, “Khazar İslands” layihəsinin həyata keçirilməsində Hacı İbrahimin ən böyük ortaqlarından biri Türkiyənin ünlü iş adamı, milyarder Əli Ağaoğludur. Əli Ağaoğlu ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən böyük korrupsiya və rüşvət həbsləri ilə bağlı saxlanılmış, dinlirildikdən sonra sərbəst buraxılmışdı.
PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, “Khazar İslands” layihəsinə yatırılan sərmayənin müqabilində çox cüzi işlər görülüb və bu da investarlarda yatırılan sərmayənin mənimsənilməsi haqqında şübhələrə yol açıb. İşlərin cüzi görülməsi ilə bağlı isə Hacı İbrahimin nəqliyyat naziri Ziya Məmmədovu günahlandırdığı bildirilir. Məlumata əsasən Hacı ibrahim öz şəriklərinə bildirib ki, işlər ona görə ləng gedir ki, nəqliyyat naziri Ziya Məmmədov ağır tonnajlı maşınlarla qum və çınqıl daşınmasına icazə verilmir və buna görə də dənizin qurudulması ilə bağlı işlər ləngiyir. Qum və çınqılın davamlıolaraq gətirilməməsi səbəindən isə daha əvvəl dənizə tökülən qum və çınqıl dənizdə yuyulur. Bu üzdən də görülən işlərin, xərclənən sərmayəninin effektliliyi itir. Hətta bu məsələ ilə bağlı Hacı İbrahimin Ziya Məmmədovu ölkə rəhbərliynə şikayət etdiyi bildirilir.
Məlumata əsasən Hacı İbrahimin verdiyi izahat xarici investorları qane etməyib. Ona görə də onlar Avesta” sirk?tlər qrupunun rəhbərini məhkəməyə verməyə hazırlaşırlar. Mənbə bildirir ki, bu baş verdiyi təqdirdə Hacı İbrahimin bütün sərvətinə və şirkətlərinə həbs qoyula bilər. Elə buna görə də Hacı İbrahimin artıq bəzi şirkətlərini başqa adamların adına keçirməyə başladığı qeyd olunur. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan qardaşı Nazim İbrahimovu bu işdən kənarda saxlamaq və Komitə sədrini sığortalamaq üçün elə atmosfera yaradılır ki, güya qardaşlar arasında böyük münaqişə var.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Nazim İbrahimovun oğlunun bahalı əyləncələri barədə məlumat dərc olunduqdan sonra mətbuata açıqlama verən Hacı İbrahim qardaşını qınamışdı
Short URL: http://www.cumhuriyyet.net/?p=5560