Qubada aeroport tikintisi etiraz doğurdu

02.04.2014 - 12:46

Qubada aeroport tikintisi etiraz doğurdu

Qubanın 3 kəndinin bağları buldozerlərlə kürünür.
 “Bizim Yol” qəzetinin yazdığına görə, bu, rayonda aeroportun tikilməsi ilə bağlıdır: “Yeni tikilən hava limanı Qubanın çaykənarı və bağ sahələrinin 600 hektardan çox ərazisini əhatə edəcək. Hava limanı Davudoba, Hacıqayıb, Ərməkiqışlaq kəndlərinin ərazisinə düşür. Sakinlər onların icazəsi olmadan torpaqlarına soxularaq tikinti aparılmasına qarşıdır. Deyirlər ki, öncə izn istəsinlər, normal kompensasiya versinlər, sonra nə istəyirlər tiksinlər. Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri kəndə gələrək sakinlərlə görüşüblər. Onlar plana düşən ərazilərin müqabilində sakinlərə pul təklif ediblər: boş ərazilərin sotuna 80, bağ sahələrinin sotuna isə 150 manat. Ancaq sakinlər 20 il ərzində saldıqları bağ sahələrinin sotuna ödənəcək olan 150 manatla razı deyillər. Deyirlər ki, bağdan ildə 15000 manat götürürlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930