Saatlıda gərginlik…

02.04.2014 - 14:19

İcra başçısının Novruzlu kənd orta məktəbini
sökdürmək cəhdi camaatı ayağa qaldırdı

2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının
təsirinə məruz qalmış kəndlərdən biri də Saatlı rayonunun
Yeni Novruzlu kəndi olub. Məhz buna görə kənd sakinləri üçün  yeni yaşayış qəsəbəsi salındı. Saatlı rayon
İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun təşəbbüsü ilə yeni qəsəbənin
salınması kənd sakinlərini o qədər də razı salmadı. Çünki yeni qəsəbədə tikilən
evlərin hər birinin həyətyanı sahəsi cəmi 8- 12 sot təşkil edir ki, mal- qara
saxlayan, əkin- biçinlə məşğul olan kənd camaatı üçün bu çox əlverişsizdir. Yerli
sakinlər yeni qəsəbə salınmaqdansa onların Novruzlu kəndində fəlakətin təsirinə
məruz qalmış evlərinin yerində yeni evlərin tikilməsini istəyirdilər. Məhz bu
baxımdan xeyli sayda kənd saknləri yeni qəsəbəyə köçmürlər, əvvəlki yaşayış
yerlərində yaşayırlar.

Kənd sakinlərinin yeni qəsəbəyə köçməsini təmin etmək
üçün Saatlı rayon icra hakimiyyəti  Yeni
Novruzlu kəndini sökmək v boşaltmaq qərarına gəlib. “Yeni Cumhuriyyət” qəzetinin
redaksiyasına yerli mənbələrdən daxil olan məlumata görə bu gündən Yeni Novruzlu
kənd orta məktəbini sökməyə başlayıblar. Rayon İcra Hakimiyyətinin başçısı
Siraqəddin Cabbarovun göstərişi ilə həyata keçirilən sökmə əməliyyatıkənd
camaatını ayağa qaldırıb. Yerli sakinlər məktəbin qarşısına toplaşaraq söküntü
işlərinin qarşısını alıblar. Bu zaman sakinlərlə söküntü işləri aparanlar
arasında qarşıdurma olub. Sakinlərin tələbi il söküntü işləri dayandırılıb.
Amma kənddə gərginlik hələ də qalmaqdadır.

Mövzunu diqqətdə saxlayacayıq. Əlaqədar qurumların
da mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=5565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930