Ağstafa rayon Dağkəsəmən kənd sakini İlham Əliyevə üz tutdu

02.04.2014 - 15:45

Torpaq dövlətindir, əlimizdən də dövlət ala bilər 

 
Mən Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu sizin sayt vasitəsilə cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm Ağtafa rayon Dağkəsəmən kəndində özünü Qarabağ döyüşçüsü kimi təqdim edən Muradov Alikin (Qazaxlı Alik) və ona kənd sakinlərinin torpaqlarının mənimsənilməsində köməklik göstərən dövlət orqanlarının özbaşnalığına son qoyulmsına köməklik götərəsiniz. Dağkəsəmən kəndində mənimlə birlikdə 4 ailənin torpağını özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək mənimsəyir. Kimə şikayət ediriksə heç kim bizim şikayətimizə baxmır. 2004-cü ildə mənə verilmiş həyətyanı torpaq sahəsinin həmkəndlim Muradov Alik Fuad oğlu tərəfindən zəbt olunması barədə 05.06.2013 cü il tarixində Ağstafa rayon məhkəməsinə iddia ərizəsi yazmışdım. 9 ay süründürməçilikdən sonra ekspertiza təyin olundu. 13.03.2014 tarixdə gələn ekspertiza və Torpaq Xəritəçəkmə Komitəsindən gələn Etibar Əliyev və onunla gələn nümayəndələr şikayət elədiyim Alik Muradovun torpaq sahəsini ölçmədilər, onun sənədi ilə faktiki olan torpaq sahəsini tutuşdurmadılar. Heç olmasa qaralama kimi istifadə olunan qeydiyyatı belə götürmədilər. 9 ay mübahisə doğuran torpağın müqəddaratı 20 dəqiqə müddətində olan baxışla yekunlaşdı.
Bu 9 ay müddət ərzində torpağımın əlimdən alınmaması barədə şikayətinmin əvəzində Alik Muradov mənim sahibkarlıq fəaliyyəti göstərdiyim, ailəliklə işləyib çörəkpulu qazandığım qanuni sənədlə mənə məxsus olan yeməkxananı Ağstafa rayon məhkəməsinin hakimi Kamil Rzayevin çıxardığı qərəzli qərarla, heç bir araşdırma aparmadan 11.07.2013 tarixdən 30.09.2013 tarixədək həbslə bağlatdırıb, 8 nəfərdən ibarət ailə üzvlərimizin çörəyini kəsdi. Hörmətli Prezidentimiz sizin sahibkarlıq fəaliyyətinin heç kim tərəfindən müdaxilə olunmaması göstərişləri hakim Kamil Rzayev tərəfindən kobudcasına pozularaq fəaliyyət göstərdiyim yeməkxana 2 ay 20 gün müddətdə bağlı qaldı. Bu günə kimi də səbəbini başa düşə bilmirik.
 İndiyədək mən və digər torpağı zəbt olunmuş kənd sakinləri hansısa orqana şikayət etmişiksə süründürməçiliklə qarşılaşmıq. Mən başa düşə bilmirəm dövlətimizin qanuni sənədlə mənə məxsus olan torpağı niyə kimsə məndən qanunsuz yolla almalıdır. Torpağı mənə dövlətimiz verib sadəcə dövlətə verə bilərəm. Nəinki hansısa özünü Qarabağ döyüşçüsü kimi təqdim edib Qarabağın adına yaraşmayan hərəkətlər edən birinə.
Hörmətli Prezidentimiz Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm bu barədə araşdırılma aparılması üçün adiyatı orqanlara tapşırıq verəsiniz.

Əmirov Oqtay Musa Oğlu Ağstafa rayon Dağkəsəmən kənd sakini

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5569

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930