GDU-da Xocalıya həsr edilmiş konfrans

26.02.2016 - 22:04

y1225 fevral 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında Xocalı soyqırımının 24 illiyinə həsr edilmiş “Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə universitetin rektoru professor YusifYusibov açaraq Xocalı qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Bundan sonra bildirdi ki, Xocalı erməni faşizmi üçün Qarabağ ərazisində ən strategiyalı yer olub. Aeroport da Xocalıda yerləşirdi. Ona görədə Xocalının işğalını namərdcəsinə həyata keçirib, 2500 soydaşımızın taleyini insanlıq cəlladları səviyyəsində həll etdilər.

 

Biz hamımız bu tarixi gözəl bilirik. Ona görə də erməni quldurlarının özlərinin ağlasığmaz vəhşilikləri haqqında etdikləri etirafı nəzərinizə çatdırmaqla kifayətlənirəm.

 

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

 

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

 

Yazıçılıq, şairlik dünyada humanistlik carçısı kimi bilinir. Yazıçı-şair adını daşıyan bir insan özü törətdikləri vəhşiliklər haqqında bu cür etiraf edirsə, onların mənsub olduqları xalq haqqında istər-istəməz təsəvvür yaranır. Biz isə bir xalq olaraq bu tarixi hadisələri heç vaxt unutmamalı, yaddaşlarımıza hopdurub gələcək nəsillərə ötürməliyik.

 

Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Xocalı soyqrımı:-Tarixi arayış” adlı məruzəsində tarixin müxtəlif kəsimlərində torpaqlarımızda  məskunlaşan, sonra bu torpaqları özününküləşdirməyə çalışan, bu məqsəd uğrunda hər cür hiyləgərliyə əl atan ermənilərin məkrli siyasətindən, Dağlıq Qarabağda  baş verən proseslər haqqında real faktlara əsaslanan geniş məlumat verdi. Xocalı soyqırımının məqsədi, təşkili, quldurcasına həyata keçirilməsi məsələsi də diqqəti cəlb etdi.

 

İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Aytac Qurbanovanın  “Dünya hələ də susur” adlı məruzəsi  dünya dövlətlərinə və xalqlarına əsaslı çağırış kimi maraq doğurdu.

 

Konfransın sonunda universitet Tələbə Şurasının sədri Əfsanə Mövlayevanın rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya olduqca təsirli idi. Əfsanə Mövlayevanın özünün yazdığı “İndi necə dözüm həsrətinə Xocalı” şeiri, Riyaziyyat-informatika fakültəsinin tələbələrindən Emil Salmanovun və Elməddin Həsənlinin çaldıqları gitaranın müşayiəti ilə ifa etdikləri “Əsgər Vətən əmanəti” mahnısı, tələbə Aytac Qurbanovanın və Aytac Səlimovanın hazırladıqları video-çarx, onların senariləri  əsasında  ayrı-ayrı fakültə tələbələrinin  iştirakı ilə Xocalı faciələrini əks etdirən səhnələr gəncliyin bu faciə haqqında düşüncələrini, duyğularını, nifrət və qəzəblərini sanki dünyaya çatdırmağın bir nümunəsi idi.yu12 received_1020718198002384 y1234

Short URL: http://www.cumhuriyyet.net/?p=55739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728