Sumqayıtın rəhbərliyi danlanıb

03.04.2014 - 10:32

Sumqayıtın rəhbərliyi danlanıb

Eldar Əzizovdan şəhərdən Suriyaya axının qarşısını almaq tələb edilib
Sumqayıtın icra başçısı Eldar Əzizov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri danlanıb. Redaksiyamıza daxil olan məlumatlara görə, məsələnin kökündə Sumqayıtdan Suriyaya döyüşməyə gedənlərin sayının daha çox olmasıdır. Bildirilir ki, Sumqayıt rəhbərliyinə maarifləndirmə işlərinin aparılmaması, prosesə laqeyd yanaşılması ilə bağlı iradlar tutulub. Onlardan baş verənləri ciddiyə almaq, maarifləndirmə işi aparmaqla və başqa uyğun üsullarla  prosesi əngəlləmək tələb olunub. 
Məlumatlarda iddia edilir ki, hətta Eldar Əzizov və hüquq-mühafizə orqanlarının rəhbərləri işdən çıxarılacaqları ilə də hədələnib. Məlumat üçün deyək ki, vəhhabiliyin radikal qanadı hesab edilən xəvaricilər daha çox Sumqayıtda təşkilatlanıblar. Hətta bəzi məlumatlara görə, xəvaricilər Sumqayıtı müqəddəs şəhər elan ediblər. Onlar Azərbaycanın başqa bölgələrində təzyiqə məruz qalan xəvariciləri Sumqayıta mühacirət etməyə çağırırlar. Bu isə xəvaricilərin şəhərdə daha da çoxalması ilə nəticələnir. Onlar vəhhabiliyin digər qanadı olan sələfiləri də öz sıralarına qatmaq üçün ciddi çabalar göstərir. Təsadüfi deyil ki, 2013-cü ilin dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən çayxanada xəvaricilərlə sələfilər arasında atışma baş vermişdi. Atışmanın kökündə Suriyaya döyüşə getmək məsələsi dayanırdı. Xəvaricilərin nümayəndəsi sələfi təriqətinə mənsub şəxsləri Suriyaya döyüşə təhrik etmişdi. Nəticədə tərəflər arasında mübahisə yaranmış və silahlara əl atılmışdı.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5575

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930