1 ilə 500 min manatı mənimsəyən şöbə rəhbərliyi

03.04.2014 - 11:45

1 ilə 500 min manatı mənimsəyən şöbə rəhbərliyi 

Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri ilə rayonun icra başçısı əlbir olaraq büdcə pullarını talamaqla məşğul olub 
Şəki şəhərindən Demokratiya.info-ya daxil olan məlumata görə icra başçısı Elxan Usubov rayon Mədəniyyət və Turizm Şöbəsinin əli ilə hər ay külli miqdarda qanunsuz vəsait əldə edir. 
Qeyd edək ki, Şəki rayonunda ən böyük büdcə təşkilatlarından biridə məhz Mədəniyyət və Turizm Şöbəsidir. Adı çəkilən idarəyə 11 aydır icra başçısının yaxın adamı sayılan Mirvari Zeynalova rəhbərlik edir. 
Məlumata əsasən Şəki Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 5 Musiqi Məktəbi, 2 mərkəz, 5 Muzey, 1 Qaleriya, 39 Mədəniyyət Evi, 2 İstirahət parkı, 32 kənd klubu, 66 Kitabxana (bu kitabxanaların 17 Şəki Şəhərində yerləşir) fəaliyyət göstərir. Rayon Mədəniyyət və Turizm Şöbəsində 500-dən çox işçi çalışır.
Bildirilir ki, musiqi məktəbinin direktoru vəzifəsindən şöbə müdiri vəzifəsinə təyinat alan Mirvari Zeynalovanın əsas işini şöbənin baş mühasibi həyata keçirir və icra başçısı Elxan Usubov hər ay bu qurumun hesabına böyük gəlirlər əldə edir. Əsas qazanc mənbəyi isə kəndlərdə fəaliyyət göstərən kitabxanalar, mədəniyyət evləri və klublardır.
Mənbə kəndlərdəki bu qurumların sadəcə formal fəaliyyət göstərdiyini bildirdi. Şəki kəndlərindəki 66 kitabxanada, 39 Mədəniyyət evində və 32 klubda bir çox işçilər var ki, onların sadəcə adları işdə gedir. İşçilərin adlarına alınan əmək haqqları isə idarə rəhbərliyinə çatır. Eyni zamanda idarə rəhbərliyinin başqa bir qazanc mənbəyi isə kitabxanaların, mədəniyyət evlərinin və klubların cari təmiridir. 
Son bir ildə Şəki Maliyyə idarəsindən kitabxanaların, klubların, mədəniyyət evlərinin cari təmirinə 500 min manatdan çox vəsait ayrılıb. Amma bu vəsaitlər sənədləşdirmələrdə adını çəkdiyimiz şöbələrin təmirinin xərclənməsinə yazılsada, əslində mənimsənildiyi iddia olunur. Bundan başqa idarənin nəzdində fəaliyyət göstərən 5 Musiqi məktəbində çalışan bir çox müəllimlərin adlarına yazılan artıq dərs saatları və məşğələlərin əmək haqqları rəhbərliyə çatır. 
Məlumatda göstərilir ki, Şəki rayon icra başçısı Elxan Usubov hər ay Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyindən 10 min manat haqq alır. Qeyd edək ki, Hesablama Palatası 2 il öncə Şəki Mədəniyyət və Turizm Şöbəsində dövlət büdcəsinin, eyni zamnada yerli büdcədən ayrılan vəsaitlərin proqnozlaşdırıması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərdə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan çatışmazlıqlara yol verilməklə kassadan nəğd pul vəsaitlərin əsassız olaraq silinməsi və ödəniş cədvəlində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanması və hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcədə kənar şəxslərin adlarına açılmış əmanət hesabçalarına, digər hissələrini isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 481 min manat vəsaitin mənimsənilməsi faktlarını aşkarlamışdı. Hesablama Palatasının aşkar etdiyi bu qanunsuzluqdan sonra Prokurorluq Şəki Mədəniyyət və Turizm Şöbəsinin bir çox yüksək vəzifəli şəxsləri haqqında cinayət içi açdı. Şöbə müdiri isə vəzifəsindən uzaqlaşdırıldı. 
Mənbəz bildirir ki, Şəki icra başçısı Elxan Usubov rayonu öz şəxsi obyekti kimi idarə edir və bütün büdcə təşkilatlarına yaxın adamalrını təyin etməklə bu qrumlardan hər ay “hesab” yığır. Şəki rayonun Təhsil, Səhiyyə, Yaşıllaşdırma, Maliyyə və Su idarələrində baş verən korupsiya maxinasaiyaları bağı məlumatları isə yaxın gündlərdə oxucularımıza təqdim edəcəyik.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5579

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930