Qiymət artımının arxasında Kəmaləddin Heydərovun dayandığı bildirilir

03.04.2014 - 13:09

Qiymət artımının arxasında Kəmaləddin Heydərovun dayandığı bildirilir

Xəbər verildiyi kimi son iki gündə unun və siqaretin qiyməti bahalaşıb. Redaksiyamıza daxil olan məlumata görə, bu bahalaşmanın arxasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov dayanır. Bildirilir ki, hər iki məhsul məhz “fövqəlnazir”in nəzarətindədir. Kəmaləddin Heydərov həm taxıl idxalına nəzarət edir, həm də məşhur un firması olan “Karmen”in ona məxsus olduğu bildirilir.
Yada salaq ki, keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasovla Kəmaləddin Heydərov arasında yaşanan əsas ziddiyyətlərdən birinin səbəbi də məhz taxıl idxalı ilə bağlı idi. Ismət Abbasov yerli taxıla daha üstünlük verməklə “fövqəlnazir”in taxıl idxalına və un biznesinə zərbə vurmaq istəyirdi. Lakin nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi.
Siqaretə gəlincə, Azərbaycanda tütün fabriki olan “Europian Tobacco”nun da Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilir. Siqaretin qiymətində bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, artım olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=5581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728