Məhkəmələr və hakimlər yol polisindən qorxur

03.04.2014 - 15:21

Məhkəmələr və hakimlər yol polisindən qorxur

Vəkil Elçin Sadıqovdan sensasiyalı araşdırma
Tanınmış vəkil Elçin Sadıqov maraqlı araşdırmasını ictimailəşdirib. Onun “facebook” qeydində yer alan araşdırmada Azərbaycanda hüququn ayaqlar altında inlədiyi çox detallı əks olunub.
Vəkil bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə hakimlərin toxunulmazlıq hüquqları var. Toxunulmazlıq hüququ xüsusilə hakimlərin inzibati məsuliyyətə cəlb olunmasını qadağan edir. Lakin…
“Bu günlərdə Ali Məhkəmədə idim. DYP Ali Məhkəmənin balansındakı, hakimlərin istifadəsində olan avtomobillərin görüntülərini göndərmişdi. Sonradan araşdırmam zamanı məlum oldu ki, toxunulmazlıq hüququ yalnız kağız üzərindədir. Bütün hakimlər DYP-dən qorxur və cərimələrini vaxtında ödəyirlər ki, birdən ədliyyə naziri xəbər tutar”. 
Vəkil araşdırmasında onu da müəyyən edib ki, Azərbaycan məhkəmələri hələ bir dəfə də olsun (2013-cü il ərzində) yol polisinə qarşı şikayətləri təmin etməyib. “Beləliklə, məhkəmələrin DYP-dən qorxduğu açıq-aşkardır. Yol polisi əməkdaşından nazirə və BDYP-nin rəisi Ramiz Zeynalova şikayət verməyin heç bir nəticəsi yoxdur. Vətəndaşların şikayətləri korrupsiya mənbəyinə çevrilir və heç bir nəticə vermir”, deyə vəkil vurğulayıb.
Yol polisi ilə bağlı vəkilin üzə çıxardığı bir fakt da çox ilgincdir. Elçin Sadıqov deyir ki, araşdırması zamanı müəyyən edib ki, bir kvartala, yəni üç aya yazdığı cərimlərə görə yol polisinə 17000 manat bonus verilib: “Deməli, bu şəxs kasıb Azərbaycan xalqına üç ay ərzində 64000 manat cərimə yazıb”,- deyə vəkil heyrətini ifadə edib. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728