Elnur Aslanovun yeni təyinatı iqtidarda aranı qatıb

04.04.2014 - 10:06

Elnur Aslanovun yeni təyinatı iqtidarda aranı qatıb

Hakimiyyət daxilində “nurçu savaşı” yenidən alovlanıb
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov işdən çıxarıldıqdan sonra hakimiyyət daxilində nurçu savaşı bir qədər səngimişdi. Lakin bir neçə gün əvvəl Elnur Aslanovun yeni vəzifəyə – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alması savaşın yenidən alovlanmasına səbəb olub.
“Azadlıq”a daxil olan məlumatlara görə, Elnur Aslanovun yeni təyinatı onun təmsil komandaya rəqib qruplaşmanı hiddətləndirib və “nurçu kartı” yenidən işə düşüb. Elnur Aslanov barəsində ciddi komparamatların mətbuata yenidən “ayaq açması” da bununla bağlıdır. Administrasiyanın keçmiş şöbə müdiri müxtəlif layihələr vasitəsilə külli miqdarda pul vəsaitini mənimsəməkdən tutmuş, ən müxtəlif qanunsuz əməllərdə ittiham olunur. 
Lakin qarşı tərəf də geri çəkilmir. Əgər Elnur Aslanov işdən çıxarılanda “taymaut” götürmüşdülərsə, artıq yenə rəqiblərinə meydan oxumağa başlayıblar. Məlumatlara görə, onlar da yaxın günlərdə rəqiblərinə qarşı mediada kampaniya başlatmaq niyyətindədir. Görünən odur ki, nurçularla əlaqədə ittiham olunan tərəf həm hakimiyyətdə ciddi himayə olunur, həm də geniş çevrəyə malikdirlər.
2013-cü ildə Məktəblilərin 7-ci Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçirilib. Bu layihənin nurçulara bağlı olduğu iddia edilir. Maraqlıdır ki, bir il əvvəl keçirilən olimpiada ilə bağlı hazırlanmış dərgi bu günlərdə readaksiyalara göndərilib. Dərgidən aydın olur ki, həmin tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Rəfiqə Hüseynova, keçmiş təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, onun müavini Firdovsi Əliyev, Elnur Aslanov, deputat Qənirə Paşayeva, Fətullah Gülənin Azərbaycandakı əsas adamı hesab edilən Ənvər Özərən və nəhayət ölkə başçısı Ilham Əliyevin qızı Leyla Əliyeva iştirak edib. Bu dərginin indi redaksiyalara göndərilməsi kifayət qədər maraqlıdır. Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz bilgilərə görə, dərgini redaksiyalara göndərən “nurçu ittihamı” ilə hücuma məruz qalan tərəfdir. Onlar bununla çevrələrinin nə qədər güclü olduğunu nümayiş etdirmək istəyir.
Beləliklə, Elnur Alanovun yenidən vəzifəyə təyin olunması ilə yenidən qızışan savaş yaxın günlərdə daha dramatik fazaya qədəm qoya bilər. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5591

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930