Rusiya Türkiyəni hədələdi və dərhal cavabını aldı

04.04.2014 - 10:22

Rusiya Türkiyəni hədələdi və dərhal cavabını aldıRusiya Türkiyəni hədələdi və dərhal cavabını aldı

Rusiya Türkiyəni hədələdi və dərhal cavabını aldıRusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb. 
Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq gerçəkləşdirildiyini vurğulayıblar. 
Mövzuyla əlaqədar Türkiyə bir yazılı açıqlama verib:
“Türkiyə Montrö Boğazlar Konvensiyasını 78 ildir ki, ciddi şəkildə tətbiq edir. Montrö Konvensiyasının tətbiq olunması məzmununda RF xarici işlər nazirinə istinadən mətbuatda yayılan iddialar heç bir şəkildə gerçəyi əks etdirmir. 
Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən nazirliyimizə də çatdırılmış olan bu iddialara lazımlı cavab əsasən verilib”.(anspress)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930